İnsanlara hürriyət, millətlərə istiqlal!

Telman Zeynalov: “Əslində, sianidi zərərsizləşdirmək üçün göl yaratmağa ehtiyac yoxdur... “


Xəbər verdiyimiz kimi Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün yaradılan komissiya süni gölün tikintisi aparılan ərazidə olub. İclasda komissiya üzvləri zavodun ərazisindəki tullantıxanaya - gölə baxış keçirilib.

Ərazidə monitorinq aparmaq üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səyyar laborator maşını fəaliyyət göstərir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ərazidə monitorinq aparan qrupunun üzvləri komissiyanın sədri Muxtar Babayevə məlumat verib ki, gölün altı membranla örtülüdür, bu isə zərərli maddələrin torpağa təmas etməsinə imkan vermir. Gölə tökülən sianid isə peroksid ilə zərərsizləşdirilir.

Qeyd olunub ki, nümunələr gölə tökülən sudan texniki su kimi istehsalatda yenidən istifadə etməyin mümkün olduğunu göstərir.

Bəs gölə axıdılan sianid maddəsinin ətraf mühitə nə qədər təhlükəlidir?

Mövzu ilə bağlı ekoloq alim, professor Telman Zeynalov Musavat.com-a danışıb. Professor qeyd edib ki, dünya təcrübəsinə əsasən qızıl mədəni yaradanda müəyyən təhülkəsizlik qaydalarına riayət olunmalıdır:

“İstənilən ölkədə qızıl istehsal etdikdə təhlükəli sianid maddəsi əmələ gəlir. Bunun üçün süni göl yaratmaq əvəzinə, əslində, həmin zavodda təmizləyici qurğular qoyulmalı idi. Bütün dünya bu metoddan istifadə edir.  

Ümumiyyətlə, təhlükəli maddələrin təbiətə buraxmaq olmaz. Bunun üçün qeyd etdiyim kimi, təmizləyici qurğular var ki, mütəxəssislər məhz bu metoddan istifadə etməli idi”.

 

Xalidə Gəray
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR