İnsanlara hürriyət, millətlərə istiqlal!

"Televiziyada nalayiq sözlər, kim nə istəyir edir"

"Televiziyaları başa düşürəm. Çünki əsas maliyə gəlirləri reklamlardır. Reklam verən də baxır ki, hansı televeziyanın auditoriyası çoxdur. Ona görə də tamaşaçı üstündə telekanallar arasında rəqabət gedir. Televiziya da cəmiyyətə ondan tələb ediləni təqdim edir".

Musavat.com xəbər verir ki, bu sözləri Xalq artisti Siyavuş Kərimi APA TV-yə müsahibəsində deyib. O, televiziya və sosial şəbəkələrdəki mövcud durumu senzuranın olmaması ilə əlaqələndirib:

"Televiyizanın funksiyalarından biri maarifləndirmək, cəmiyyəti öz arxasınca aparmaqdır. Amma indi əksinədir, televiziyalar cəmiyyətin arxasınca gedir. Bu səbəbdə televiziya cəmiyyətin tələb etdiyi musiqiləri efirdə təqdim edir. Ümumiyyətlə mədəni proqramların cəmiyyətə təsiri məsələləri həll olunmaldır. Bu barədə parlamentdə məsələ qaldırılmalıdır. Əsas məsələ, ictimaiyyətin mədəni səviyyəsinin yüksəldilməsi olmalıdır. Bu gün istər televiziyada, istəsə də sosial şəbəkələrdə kim nə istəyirsə, onu da edir. Televiyaların özün də belə nalayiq sözlər eşitmək mümkündür. Demokratiya ilə mədəniyyət üst-üstə düşmür. Senzura mütləq olmalıdır. Senzuranı arşdırsanız diktaturanın bir növüdür. Diktatura da pis bir şey deyil. Evdə də hərdən diktaturaya ehiyac olur. Uşaq hər hansı nalayiq söz deyəndə siz onu vurursunuz ki, belə söz işlətmək olmaz. Bu, artıq dikrataturadır. Siz onu maarifləndirisiniz. Demokratiya isə nə istəyirsən etdir". 

S.Kərimi Azərbaycan Milli Konservatoriyasının tələbələrinin işsizlik problemindən danışıb:

"Bu gün hamı daha çox toyda ifa olunan repertuarları vacib bilirlər. Onlar buna məcburdurlar. Çünki əsas toyda insanlar oynasınlar. Əgər insanlar toyda oynamırsa, deməli pis keçib. Əsas toy şən keçməlidir. Amma mən toya gedəndə 1 saatdan çox əyləşə bilmirəm. Çünki səsdən qulağım tutulur. Yüzlərlə, minlərlə musiqçi var. Amma toya müəyyən bir qrup gedir. Onların da digərlərinə baxanda yaşam durumu daha yaxşıdır. Digərləri isə iş axtarırlar.

Konservatoriyadan nə qədər məzun çıxır. Onları təyinatla işləməyə göndərmək lazımdır. Bölgələrdə müəllim çatmır. Bölgələrdəki müəllimlərin əməkhaqqı şəhərdəkindən artıq olmalıdr. Amma indi tələbələrimdən harada işlədiklərini soruşanda cavab verirlər ki, mağazada telefon satıram. Onu toya aparmırlar. Çox təəssüf belə məsələlər var. Tələbənin təhsildən sonra əmək fəaliyyətini düşünmək lazımdır. Onun üçün şərait yaratmaq lazımdır". 

O, bu gün bəstəkarlıq fakültəsinə sənəd verənlərin az olması məsələsinə də toxunub:

"Bu gün bəstəkar heç kimə lazım deyil. Çünki o, gəlir, ciddi əsər yazır. Hamı isə bu dəqiqə toy mahnıları istəyir. Faciə də budur".

Qeyd edək ki, S.Kərimi bir müddət əvvəl Azərbaycan Milli Konservatoriyasının rektoru vəzifəsindən azad edilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR