İnsanlara hürriyət, millətlərə istiqlal!

“Telegram” messenceri ilə Rusiyanın xüsusi xidmət orqanı arasındanə əlaqə var?

“Vajnıye istorii” internet nəşri “Telegram” messenceri ilə bağlı sensasion faktlar üzə çıxarıb.

Jurnalist araşdırmaları üzrə ixtisaslaşan “Vajnıye istorii” nəşrini Rusiyadan mühacirət etmiş media nümayəndələri yaradıb. Onlar nəşri Latviyada qeydiyyatdan keçiriblər. “Vajnıye istorii” rus dilində fəaliyyət göstərir.

“Telegram” messencerini 2013-cü ildə Pavel Durov qardaşı Nikolay Durovla birgə təsis edib. “Telegram” mesajlar, foto və video faylların göndərilməsi, qrup çatlar, kanallar və botlar kimi müxtəlif funksiyalar təqdim edir. “Telegram” şirkəti dəfələrlə bəyan edib ki, platforma fərdi yazışmaların təhlükəsizliyi və istifadəçi məxfiliyinə üstünlük verir. Şirkətin bildirdiyinə görə, platformanın əsas xüsusiyyətlərindən biri “end-to-end” şifrələmədir. Bu sistem sayəsində mesajlar yalnız göndərən və alan tərəflər tərəfindən oxuna bilir. Şirkət iddia edir ki, istifadəçi məlumatları üçüncü tərəflə paylaşılmır.

“Telegram” messenceri ilə Rusiyanın xüsusi xidmət orqanı arasında <span style=color:red>nə əlaqə var?

Pavel Durov

“Telegram” kanalları və qruplar vasitəsilə geniş auditoriyaya məlumat yaymaq mümkündür. Platforma xüsusilə senzura məhdudiyyətlərinin olduğu ölkələrdə populyarlıq qazanıb. Bir sıra media qurumları və ictimai fəallar “Telegram” üzərindən məlumat paylaşır. Aylıq istifadəçi sayı yüz milyonlarla olan “Telegram”ın baş ofisi Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yerləşir.

“Telegram” şirkətinə onun qurucusu Pavel Durov rəhbərlik edir. P.Durov 1984-cü ildə Sankt-Peterburq şəhərində anadan olub. Sankt-Peterburq Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 2006-cı ildə Rusiyada “VKontakte” adlı sosial şəbəkə yaradıb. Bu platforma qısa müddətdə ölkənin ən populyar sosial media şəbəkəsinə çevrilib. 2014-cü ildə Durov “VKontakte”dən uzaqlaşdırılıb. O, bu qərarı siyasi təzyiqlərlə əlaqələndirib.

2014-cü ildən Rusiyadan kənarda yaşayan P.Durov hazırda Dubay şəhərində məskunlaşıb.

2024-cü ilin sentyabr ayında P.Durov Fransa paytaxtı Parisin yaxınlığında saxlanıb və onun barəsində cinayət işi başlanb. Fransa tərəfi P.Durovun “Telegram” platformasında cinayət fəaliyyətinə qarşı yetərli tədbir görmədiyini iddia edir. 2025-ci ilin martında P.Durova Dubaya getməyə icazə verilib. Fransadakı cinayət araşdırması isə hələ bitməyib. P.Durov ittihamları rədd edir.

Medianews.az-ın məlumatına görə, “Vajnıye istorii”nin araşdırmasında sensasiyalı məqam ondan ibarətdir ki, nəşr “Telegram” messencerinin serverinin yerləşdiyi infrastruktura nəzarət edən rusiyalı iş adamı Vladimir Vedeneyevin həm də 2024-cü ildə Rusiya Federal Təhlükəsizlik Xidmətinin vətəndaşları izləmək üçün istifadə etdiyi məxfi kompleksə texniki xidmət göstərmiş şirkətlərdən birinin rəhbəri olduğunu aşkarlayıb.

Federal Təhlükəsizlik Xidməti Rusiya Federasiyasının təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət idarəetməsini həyata keçirən federal icra hakimiyyəti orqanıdır. Bu xüsusi xidmət orqanı əks-kəşfiyyat, terrorizmlə mübarizə, dövlət sərhədinin mühafizəsi, informasiya təhlükəsizliyi və qanunla müəyyən edilmiş digər sahələrə cavabdehdir.

“Vajnıye istorii”nin araşdırmasında bildirilir ki, “Telegram”ın server avadanlığını quraşdıran və işlədən “Global Network Management” (GNM) şirkətidir. Bu şirkət Antiqua və Barbudada qeydiyyatdan keçib.

Antiqua və Barbuda – Vest-Hinddə, Karib dənizinin şərqində, Kiçik Antil adaları arxipelaqının Küləktutan adalar qrupunda yerləşir, ərazicə kiçik bir dövlətdir.

“Global Network Management” şirkətinin sahibi Vladimir Vedeneyevdir.

“Vajnıye istorii” yazır ki, Vedeneyev 2024-cü ilədək Rusiyanın Sankt-Peterburq şəhərində qeydiyyatdan keçmiş “Globalnet” şirkətinin də benefisiarı olub. “Globalnet” 2020-ci ilə qədər “Telegram”ın bəzi İP ünvanlarını idarə edib. 2024-cü ildə Vedeneyev şirkətdəki payını yaxın qohumlarının adına keçirib. Hazırda onun qohumları şirkətin 96 faizinə nəzarət edirlər. Qalan 4 faiz Roman Venediktovun adınadır. Mojoyski adına Hərbi Kosmik Akademiyanın məzunu olan Roman Venediktov vaxtilə Rusiya Müdafiə Nazirliyi nəzdindəki Kosmik Vasitələrin Sınaq və İdarəetmə Mərkəzində işləyib.

“Vajnıye istorii” bildirir ki, “Globalnet” təkcə “Telegram”a yox, Rusiyanın bir sıra dövlət qurumlarına, o cümlədən müdafiə sənayesinə bağlı olan Kurçatov İnstitutuna və Prezidentin İşlər İdarəsinin Baş Elmi-Tədqiqat Hesablama Mərkəzinə də xidmət göstərir.

“Telegram” messenceri ilə Rusiyanın xüsusi xidmət orqanı arasında <span style=color:red>nə əlaqə var?

Vladimir Vedeneyev və Roman Venediktov

Qeyd olunur ki, Prezidentin İşlər İdarəsinin Baş Elmi-Tədqiqat Hesablama Mərkəzi internet məkanında rusiyalıları kütləvi surətdə izləyən, həmçinin sosial şəbəkələrdə Kremlin təbliğatını yürütmək üçün botlardan yararlanan bir qurumdur. Mərkəzin eyni zamanda üztanıma texnologiyasına söykənən videomüşahidə sisteminin qurulmasına cavabdeh olduğu vurğulanır. Eyni zamanda hüquq mühafizə orqanlarının kütləvi həbslər həyata keçirərkən həmin videomüşahidə sistemindən geniş yararalandığı xatırladılır.

Araşdırmaya əsasən, “Globalnet”dən savayı Vedeneyev 2024-cü ilədək “Elektrontelekom” şirkətinə də sahiblik edib. 2024-də o, bu şirkəti də qohumlarının adına keçirib. Araşdırma müəllifləri daxili maliyyə sənədlərinə istinadla bildirirlər ki, “Elektrontelekom”un əsas müştərilərindən biri Rusiya Federal Təhlükəsizlik Xidmətidir.

Bildirilir ki, “Elektrontelekom” şirkəti Federal Təhlükəsizlik Xidmətinin Sankt-Peterburq şəhərindəki və Leninqrad vilayətindəki stasionar obyektlərindən dövlətin müdafiə sifarişlərinin icrası zamanı həyata keçirilən əməliyyat-axtarış tədbirlərində xüsusi məlumatları ötürmək üçün istifadə olunan kompleksi quraşdırıb və həmin kompleksə texniki dəstək xidməti də göstərib.

“Telegram” messenceri ilə Rusiyanın xüsusi xidmət orqanı arasında <span style=color:red>nə əlaqə var?

2018-ci ildə Rusiyada “Telegram”ı bloklamaq cəhdləri ictimai etiraza səbəb olmuşdu

Rəqəmsal təhlükəsizlik üzrə ekspert Mixal “Rışek” Voznyak “Vajnıye istorii” nəşrinin araşdırmasını şərh edərkən deyib: “Bu məni şoka salır, amma təəccübləndirmir. Əgər “Telegram” trafikinə çıxışı olan birisi eyni zamanda Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıq edirsə, deməli, “Telegram” messencerindən istifadə edən şəxsin cihazını harada olursa-olsun, hansı serverə qoşulursa qoşulsun, identifikasiya etmək, qlobal miqyasda izləmək mümkündür”.

Yeri gəlmişkən, “Vajnıye istorii” onu da iddia edir ki, “Telegram”ın rəhbəri P.Durovun 2014-cü ildən sonra Rusiyaya ayaq basmadığı xəbəri də doğru deyil. Nəşrin iddiasına görə, P.Durov bu illərdə dəfələrlə Rusiyaya gedib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR