Onlayn ictimai-siyasi qəzet
"Financial Times"ın şirkətin investorlar üçün təqdimatına istinadən verdiyi məlumata görə, məşhur mesajlaşma platforması Telegram 2024-cü ildə 1,4 milyard dollar gəlir əldə edib və 540 milyon dollar mənfəət göstərib.
Musavat.com xəbər verir ki, bu göstəricilər şirkətin keçən illə müqayisədə ciddi maliyyə uğuruna imza atdığını göstərir.
2023-cü ildə "Telegram" üçün vəziyyət tamamilə fərqli olub. O zaman şirkətin gəliri 343 milyon dollar təşkil etmiş, lakin 173 milyon dollar zərər yaranmışdı. Bu mənfi göstəricilərdən sonra 2024-cü ildə əldə olunan gəlir və mənfəət, şirkətin gəlir modelindəki optimallaşma və iş strategiyasındakı dəyişikliklərin uğurlu nəticəsi kimi qiymətləndirilir.
"Telegram"ın əsas gəlir mənbələri arasında premium abunəlik xidmətləri, reklam və əlavə funksiyaların pullu təklifləri yer alır. 2024-cü ildə platformanın istifadəçi bazasının sürətlə genişlənməsi və ödənişli xidmətlərin populyarlığının artması şirkətin maliyyə göstəricilərinin yüksəlməsində həlledici rol oynayıb.
Analitiklər bildirir ki, Telegramın bu böyük maliyyə sıçrayışı rəqib mesajlaşma proqramları ilə müqayisədə daha effektiv gəlir modeli qurduğunu göstərir və yaxın illərdə platformanın beynəlxalq bazarlarda daha da güclənəcəyinin göstəricisidir.
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ