İnsanlara hürriyət, millətlərə istiqlal!

Tələbələrə şad xəbər - Yeni kartlarla bu güzəştləri əldə edəcəklər

Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə “VISA” beynəlxalq ödəmə texnologiyaları şirkəti tərəfindən universitetlərdə vahid tələbə kartının yaradılması layihəsinin təqdimatı keçirilib. Bu kartlarla tələbələr dərsdənkənar fəaliyyətlər zamanı xüsusi imtiyazlara sahib ola biləcəklər. 

Təhsilin İnkişaf Fondunun əməkdaşı Nərgiz Qədirova mövzu ilə əlaqədar Modern.az-a danışıb. 

O bildirib ki, bir müddət öncə Təhsilin İnkişafı Fondu Kapital Bank və “Visa" beynəlxalq ödəmə texnologiyaları şirkəti arasında yeni “TələbəPlus” kartlarının istifadəyə verilməsi üçün memorandum imzalanıb:

"Kart vasitəsilə tələbələr “VISA”nın təqdim etdiyi xüsusi keşbek, endirim, promokodlardan yararlana biləcəklər . Əlavə olaraq, layihə çərçivəsində yerli və xarici şirkətlərlə müqavilələrin imzalanması və tələbələr üçün xüsusi güzəştlərin əldə olunması istiqamətində addımlar atılır. Bu imkanlar restoran, kafe, kitab, geyim, dəftərxana ləvazimatları mağazası, tibb müəssisəsi və s. məkanlarda mövcud olacaqdır". 

Fond rəsmisinin sözlərinə əsasən, “TələbəPlus” kartı eyni anda bir neçə funksiyanı yerinə yetirəcək: 

"Həm universitetə giriş-çıxışı təmin edəcək, həm debet bank kartı kimi fəaliyyət göstərəcək, həm də tələbələrin təqaüd kartı olacaq. Tələbələr bütün bank əməliyyatlarını bu kart vasitəsilə rahat şəkildə yerinə yetirə biləcəklər. Layihənin ilkin mərhələdə Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrində tətbiq olunması nəzərdə tutulur. Daha sonra isə digər dövlət və özəl universitetlər könüllü şəkildə layihəyə qoşula bilərlər. Kart ölkə üzrə bütün universitetlərin tələbələri üçün nəzərdə tutulub . Bura həm əyani, həm qiyabi, həm ödənişli, həm də ödənişsiz əsaslarla təhsil alan tələbələr daxildir". 

Nərgiz Qədirova qeyd edir ki, tələbələrin işini mümkün olduğu qədər asanlaşdırmaq məqsədilə, BirBank mobil tətbiqində “TələbəPlus” bölməsi yaradılacaq ki, orada bütün endirimlər haqqında məlumat və proqrama qoşulan şirkətlərin siyahısı yer alacaq: 

"Sözügedən tələbə kartının digər tələbə kartlarından üstünlüyü ondan ibarətdir ki, kart asanlıqla “Apple Pay” və “Google Pay” elektron cüzdanlarına əlavə edilə biləcək. “TələbəPlus” tələbə kartı itirildiyi zaman ilk olaraq, bankla əlaqə saxlanılmalı, kart dondurmalıdır. Daha sonra tələbə ona yeni kartın verilməsi üçün şəxsiyyət vəsiqəsi ilə təhsil aldığı universitetin mühasibat şöbəsinə yaxınlaşmalıdır". 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR