İnsanlara hürriyət, millətlərə istiqlal!

Tələbələrə ŞAD XƏBƏR: İki universitet üçün yataqxana inşa ediləcəyi gözlənilir

"2024-cü ilin sonunadək, yəni növbəti təhsil dövrləri üçün bir, ən yaxşı halda iki universitetin tələbə yataqxanasının tikintisinə başlanıla bilər".

Musavat.com Oxu.Az-a istinadən xəbər verir ki, bunu bu gün Təhsilin İnkişafı Fondunun hesabat tədbirində fondun İdarə Heyətinin sədri Elnur Nəsibov deyib.

O bildirib ki, bir neçə universitetlə danışıqlar aparılır, hətta razılıq ərəfəsindədirlər:

"Bilirsiniz ki, 30 ildən artıq bir müddətdə keçmiş məcburi köçkünlər bir sıra tələbə yataqxanalarında məskunlaşmışdılar. Ölkə başçısının tapşırığı ilə həyata keçirilən "Böyük Qayıdış" Proqramı çərçivəsində məcburi köçkünlər öz ata-baba yurdlarına köçürülürlər. Bu da bizə özəl sektorun nümayəndələri ilə bu istiqamətdə danışıqlar aparılmasına şərait yaradır. Ötən həftə Gəncə Texnologiyalar Universiteti, Mingəçevir Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Sumqayıt Dövlət Universiteti ilə danışıqlar aparılır. Bu proses, təbii ki, birtərəfli ola bilməz. Müəyyən şərtlər, tədbir proqramı olmalıdır.

Eyni zamanda, özəl sektor üçün də gəlirlilik, dayanıqlılıq olmalıdır. Bu prosesləri yoluna qoymaq müəyyən müddət alır. 2024-cü ildə Gəncə Texnologiyalar Universiteti və Azərbaycan Texniki Universitetində tələbə yataqxanalarının tikintisinə başlanıla bilər".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR