İnsanlara hürriyət, millətlərə istiqlal!

Tələbələr üçün əsir düşərgəsi – Onlar Türkmənistanı tərk edə bilməzlər

Türkmənistanda dövlət universitetlərinə qəbul olan abituriyentlərin biometrik pasportları götürülür.

Musavat.com bu barədə “Radio Azatlık”a istinadla xəbər verir.

İki universitetin tələbə və müəllimlərinin dediyi kimi, pasportları götürüləndə onlara məcburi olaraq qəbz yazdırıblar.

Bildirilir ki, qəbz aşağıdakı məzmundadır: “Mən öz istəyimlə pasportumu dekanlığa təhvil verirəm. Mən məzun olana qədər ölkədən getməməyi öhdəmə götürürəm. Sözümü pozsam, universitetdən xaric olunmağa razıyam”, – adının açıqlanmasını istəməyən Türkmənabad şəhərində yerləşən TSPİ-nin tələbəsi deyib.

Pasportlarını təhvil verməkdən imtina etməyi düşünən tələbələri təhsilə qəbul olunmayacaqları ilə hədələyirlər. Rəsmilər bu tələblərə münasibət bildirmirlər.

Türkmənistandan kənarda tələbələrin səyahətinə məhdudiyyətlər 15 ildən çoxdur ki, mövcuddur. Əvvəllər onlardan yalnız qəbz alırdılarsa, son iki ildə biometrik pasportlarını əllərindən almağa başlayıblar.

Bütün təhsil müddəti ərzində pasportlar fakültələrin dekanlıqlarında saxlanılır. Universitet müəllimləri bildirirlər ki, “hakimiyyət bu yolla gənclərin ölkəni tərk etməsinin qarşısını almağa çalışır”.

Tələbələrin sözlərinə görə, xaricə müalicəyə getməli olduqları halda pasportlarını geri almaq üçün dekanlara rüşvət verməlidirlər. Bundan sonra fakültə rəhbəri rektorla tələbə adından vasitəçilik edir.

Eyni zamanda, xaricə səfər qadağası ali məktəblərdə təhsil alan məmur övladlarına və yaxınlarına şamil edilmir.
Həmçinin tələbələrə şəxsi nəqliyyat vasitələrini idarə etmək, diskotekaya, toylara və digər əyləncə tədbirlərinə getmələri, siqaret çəkmələri və s. qadağandır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR