Onlayn ictimai-siyasi qəzet
Tələbə olan nəvəsinin imtahan qiymətlərini düzəltmək istəyən yaşlı qadının başına iş gəlib. O, nəvəsinin qiymətlərini düzəltmək üçün 4500 manat pul verib və aldadılıb.
Musavat.com xəbər verir ki, 53 yaşlı Vasif A. qonşusu Narınc İsmayılovanı aldadaraq 4500 manatını ələ keçirib.
Belə ki, qonşular məhəllədə rastlaşan zaman Narınc İsmayılova nəvəsi Mürsəlin xəstəliyə görə universitetə gedə bilmədiyini, imtahanlarda iştirak etmədiyini deyib. Vasif də qonşusunun bu problemini həll edə biləcəyini deyib.
Mürsəl Azərbaycan Dövlət Neft Akademiyasında təhsil alırmış. Lakin Vasif yaşlı qadından aldığı pulların qarşılığında heç nə etməyib. Buna görə də N.İsmayılova polisə müraciət edib.
Vasif.A daha əvvəl də dələduzluğa görə məhkumluq həyatı yaşayıbmış. Bu dəfə isə törətdiyi əmələ görə 1 il həbsxanada qalacaq. Məhkəmə həmçinin Vasifdən 4500 manatın alınaraq zərərçəkmişə ödənilməsi barədə də qərar çıxarıb.
İ.Muradov
Musavat.com
22 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ