İnsanlara hürriyət, millətlərə istiqlal!

Təl-Əvivdə atışma nəticəsində ölənlərin sayı 6-ya çatdı

Təl-Əvivdə atışma nəticəsində 6 nəfər ölüb, 9 nəfər yaralanıb. Bu barədə İsrail polisinin ilkin araşdırmadan sonra verdiyi açıqlamada deyilir. Bildirilir ki, Təl-Əvivdə baş verən terror aktı nəticəsində hər iki terrorçu məhv edilib.

“Jerusalem Post” qəzeti milli təcili yardım xidməti “Magen David Adom”a istinadən yazıb ki, Təl-Əvivin ərəb məhəlləsi olan Yaffada atışma nəticəsində azı 8 nəfər ölüb, 7 nəfər yaralanıb.

Onun sözlərinə görə, hücum edənlər tramvay dayanacağı yaxınlığında atışmaya başlayıblar. Dörd zərərçəkənin vəziyyəti ağırdır. Hücum zamanı bir it də yaralanıb.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR