Onlayn ictimai-siyasi qəzet
Salvadorun Hərbi Dəniz Qüvvələri ölkə sahillərində böyük miqdarda narkotik vasitə müsadirə edib.
Bu barədə Salvador Prezidenti Nayib Bukele "X" sosial şəbəkəsində paylaşım edib.
O bildirib ki, Estero de Jaltepeque körfəzindən 752 kilometr cənub-qərbdə saxlanılan gəmidə 50 milyon dollar dəyərində iki ton kokain aşkarlanıb. Gəmidə üç kolumbiyalı saxlanılıb.
Bukele bildirib ki, son səkkiz ay ərzində Salvador hüquq-mühafizə orqanları beynəlxalq sularda ümumilikdə 15 tondan çox kokain müsadirə edib. Bu narkotiklərin ümumi dəyəri təxminən 380 milyon dollar təşkil edir.\\BAKU.WS
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ