İnsanlara hürriyət, millətlərə istiqlal!

Təl-Əviv-İstanbul reysində sərnişinləri hədələyən şəxs ələ keçdi - VİDEO

İsraildən Türkiyəyə yollanan təyyarədə terror törədəcəyi barədə video yayan gənc saxlanılıb.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə İsrailin hüquq mühafizə orqanlarından xəbər verilib.

Qeyd edək ki, dünən gecə Təl-Əviv – İstanbul reysində sərnişinlərə təhdid videosu göndərilib.

Görüntülərdə bir gəncin silahla atəş açması əks olunub. Video ərəb dilində “Göyərtədə ərəblər varmı?” sözləri müşayiət olunur. Kadrlar yayıldıqdan sonra reys təxirə salınıb.

 

Təyyarənin Türkiyənin “Pegasus Airlines” aviaşirkətinə məxsus olduğu bildirilir.

Xatırladaq ki, noyabrın 13-də İstanbulda altı nəfərin ölümü, 80-dən çox insanın yaralanması ilə nəticələnən terror aktı baş verib.

Toğrul İSMAYIL,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR