Onlayn ictimai-siyasi qəzet
İran rəsmi olaraq nüvə silahı istehsalından imtina etdiyini bir daha bəyan edib.
Musavat.com xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Əsmail Baqai ölkəsinin heç bir halda nüvə silahı hazırlamaq niyyətində olmadığını bildirib. O, bu mövqeyin İranın milli strategiyasının ayrılmaz hissəsi olduğunu qeyd edib.
“İran heç vaxt və heç bir şərtlə nüvə silahı istehsalı yoluna getməyəcək. Bu, ali lider Ayətullah Əli Xameneinin fətvasına əsaslanan mövqeyimizdir. Bu məsələdə heç bir şübhə və qeyri-müəyyənlik ola bilməz”, – deyə Baqai vurğulayıb.
Qeyd edək ki, Qərb dövlətləri uzun müddətdir İranın nüvə fəaliyyətindən narahatdır. Tehran isə bu fəaliyyətin dinc məqsədlərə xidmət etdiyini israrla bildirir.
Musavat.com
07 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ