İnsanlara hürriyət, millətlərə istiqlal!

Tehrandakı səfirliyimizdə öldürülən Orxan Əsgərovun doğulduğu evdən GÖRÜNTÜLƏR - VİDEO

Mətbuat nümayəndələri Azərbaycanın İrandakı səfirliyinə edilən hücum nəticəsində diplomatik korpusun mühafizə xidmətinin rəisi şəhid Orxan Əsgərovun evində olublar.

Musavat.com xəbər verir ki, şəhidin evindən görüntüləri "İTV" kanalı yayıb.

Məlumat üçün bildirək ki, şəhidimiz Orxan Əsgərov Gəncə şəhərindəndir. Onun 2 övladı, bir oğlu və bir qızı var idi. Orxan Əsgərov İrandan başqa Azərbaycanın Polşa Çin kimi ölkələrdəki səfirliklərdinə də çalışıb. 

Bu gün Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir. 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR