İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada sabiq məhkəmə rəisinə ŞOK

Rusiya Məhkəmə Şurasının keçmiş sədri Viktor Momotov barəsində azyaşlıların da cəlb edildiyi fahişəliyin təşkilinə görə ittiham irəli sürülüb.

Musavat.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata əsasən, bu ittihamlar Momotova məxsus “Marton” hotellər şəbəkəsi ilə bağlıdır.

Prokurorluq nümayəndəsi məhkəmə iclasında deyib:

“Xahiş edirəm, Nijni Novqorod, Volqoqrad və Kalininqrad şəhərlərində yerləşən “Marton” hotellərində fahişəliyin təşkilinə dair cinayət işlərinin qaldırılması və məhkəmə qərarları barədə sənədlər işə əlavə edilsin”.

Rusiya Baş Prokurorluğu Momotovun ən azı 9 milyard rubl dəyərində aktivlərinin müsadirə edilməsini tələb edir. İstintaqın məlumatına əsasən, bu əmlaklar onun tərəfdaşları Andrey və İvan Marçenkonun adına rəsmiləşdirilib.

Sözügedən aktivlərə 40 hoteldən ibarət “Marton” şəbəkəsi daxildir. Prokurorluğun açıqlamasına görə, həmin hotellərdə saatlıq otaq və sauna icarəsi vasitəsilə qanunsuz intim xidmətlər göstərilib.

Momotov həmçinin təxminən 500 milyon rubl məbləğində vergi ödəməkdən yayınmaqda və biznesi süni şəkildə bölməkdə də ittiham olunur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2025

14 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR