İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ermənistan–Rusiya münasibətləri gərginləşir...”

Rusiya-Ermənistan münasibətləri son illərdə artan gərginliklə xarakterizə olunur, lakin İrəvan hələ də enerji, ticarət və təhlükəsizlik sahələrində Moskvadan ciddi şəkildə asılı qalır.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistan Dövlət Universitetinin politologiya kafedrasının professoru Qarik Keryan “Müasir erməni–rus münasibətlərinin siyasi-iqtisadi aspektləri” mövzusunda çıxışı zamanı danışıb.

Keryanın sözlərinə görə, Gürcüstandakı 2024-cü il seçkiləri və Rusiya-Azərbaycan münasibətlərinin gərginləşməsi Cənubi Qafqazda yeni geosiyasi vəziyyət yaradıb. Bu şəraitdə Qərb – xüsusilə ABŞ və Aİ – bölgədə nüfuzunu gücləndirmək və Rusiyanı sıxışdırmaq üçün fəal addımlar atır.

Keryanın iddiasına görə, Paşinyan və Putinin Çin sammitindəki isti görüşü Qərbin təcrid siyasətinin uğursuzluğunu göstərir və bu, Ermənistan diplomatiyası üçün yeni imkanlar aça bilər.

“Ermənistan hələ də Rusiya ilə dostluq və qarşılıqlı asılılıq çərçivəsindədir. Lakin Qərbə doğru yavaş, amma davamlı dönüş artıq faktdır”, - deyə erməni ekspert qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2025

14 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR