İnsanlara hürriyət, millətlərə istiqlal!

“Rusiya–Ermənistan münasibətləri elə bir nöqtəyə yaxınlaşır ki...”

“Rusiya–Ermənistan münasibətləri ən dərin böhran mərhələsini yaşayır”.

Musavat.com xəbər verir ki, bu fikirləri sosioloq və Avrasiya Ekspertlər Klubunun üzvü Qevorq Poqosyan “Müasir Rusiya-Ermənistan münasibətlərinin siyasi-iqtisadi aspektləri” mövzusunda keçirilən dəyirmi masada səsləndirib.

Poqosyanın sözlərinə görə, Rusiya–Ermənistan münasibətlərində əvvəl də gərginlik dövrləri olub, lakin rusofobiya heç vaxt erməni cəmiyyətində sosial əsas tapmayıb və ölkədə qəbul edilməyib.

Onun iddiasına görə, əhalinin çoxu Ermənistanın bu gün yanlış istiqamətdə hərəkət etdiyini düşünür.

“Əgər hökumətin siyasəti Rusiyadan uzaqlaşıb Avropaya inteqrasiya kursunu gücləndirməyə yönəlibsə, cəmiyyətin, xüsusilə də yaşlı nəslin əksəriyyəti bu yanaşmanı qəbul etmir. Ümumilikdə, erməni ictimaiyyəti ölkənin dayanıqlı inkişafını MDB, KTMT və Avrasiya İqtisadi İttifaqı kimi birliklər çərçivəsində görür”, - deyə Qevorq Poqosyan bildirib.

O əlavə edib ki, vəziyyəti 2026-cı ildə keçiriləcək parlament seçkiləri daha da mürəkkəbləşdirəcək. Poqosyanın fikrincə, hazırkı kurs davam edərsə, Rusiya–Ermənistan münasibətləri yaxın zamanda geri dönüşü olmayan nöqtəyə çata bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR