İnsanlara hürriyət, millətlərə istiqlal!

Tehranda ibtidai məktəblər və bağçalar bağlandı

İranın Tehran əyalətində dekabrın 1-dək ibtidai məktəblər və bağçalar bağlanıb.

Bu barədə Tehran qubernatorunun mülki məsələlər üzrə müavini Abid Maleki bildirib.

Onun sözlərinə görə, qərar Tehranın Havanın Çirklənməsi ilə Mübarizə Fövqəladə Komitəsi ilə birlikdə verilib:

“Pardis, Firuzkuh və Damavənd istisna olmaqla, Tehran vilayətinin bütün şəhərlərində uşaq bağçaları və məktəbəqədər təhsil müəssisələri bağlanır, məktəblərdə dərslər onlayn formada keçiriləcək”, - deyə o bildirib.

Qubernatorun müavini sabahdan etibarən açıq məkanlarda idmanın qadağan olunduğunu əlavə edib.

Həmçinin vətəndaşlar müvafiq N95 maskalarından istifadə etməyə çağırılıb.

Mənbə: ISNA

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR