Onlayn ictimai-siyasi qəzet
İran və ABŞ arasında dolayı diplomatik dialoq davam edir.
Musavat.com xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib: Tehran Vaşinqtonla dolayı danışıqların davam etdirilməsinə hazırdır və yaxın günlərdə növbəti görüşün vaxtı və yeri Oman vasitəsilə razılaşdırılacaq.
Diplomat Bəqai qeyd edib ki, 3 may üçün nəzərdə tutulan əvvəlki görüş tərəflərin razılığı və vasitəçinin təşəbbüsü ilə təxirə salınıb.
“İran nüvə proqramı ilə bağlı bütün məsələlərin diplomatik yolla həllində israrlıdır,” – deyə o əlavə edib.
Musavat.com
05 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ