İnsanlara hürriyət, millətlərə istiqlal!

Təhlükə: Putin “Bayraktar”ları ermənilərə sata bilər - Arzuxan Əlizadə ilə CANLI

Avqustun 5-də Türkiyə lideri R.T.Ərdoğanın Soçiyə gedəcəyi haqda məlumat verilib. Səfər ərəfəsində Ərdoğan bəzi maraqlı açıqlamalar verib. Türkiyəyə Rusiyada “Bayraktar” istehsal edən ortaq zavod tikmək barədə Putinin ona təklif verməsi barədə açıqlama da eyni qəbildəndir.

Bəs Ankara Rusiyada pilotsuz uçuş aparatlarının birgə istehsalına razılaşarmı?

“Rusiya Türkiyəyə S-400 raketləri satıb. Moskva ilə Ankara arasında bu raketlərin Türkiyə ərazisində birgə istehsalına dair razılaşma da var. Bu razılaşma varkən Ankaranın Moskvanın pilotsuz uçuş aparatlarının birgə istehsalına “yox” deməsi çətindir”.

Bu ehtimalı politoloq Elxan Şahinoğlu irəli sürüb.

“Ancaq mümkün razılaşma Türkiyə-Ukrayna münasibətlərində gərginlik yarada bilər. Digər tərəfdən Rusiyanın “Bayraktar’’lar əldə etməsi Azərbaycanın da maraqlarına cavab vermir. Kim zəmanət verə bilər ki, Rusiya "Bayraktar"lar əldə etdikdən sonra bu dronları strateji müttəfiqi Ermənistana ötürməyəcək?”, - deyə o qeyd edib.

“Bayraktar” şirkətinin rəhbəri Haluk Bayraktar isə CNN-ə demişdi ki, şirkət Rusiyaya bu dronları satmağa hazırlaşmır. Ermənistanın “Bayraktar”lara legitim yolla sahiblənməsi ehtimalı nə dərəcədə ciddidir? Yada salaq ki, kapitulyant ölkə Hindistan dronlarına da maraq göstərir.

TVMusavat-ın saat 14:00-da “Həftə içi” verilişində AMİP sədri Arzuxan Əlizadə ilə revanşist çağırışları, ermənilərin silahlanmasını müzakirə edirik.
Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube sünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR