İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Zelenskiyə "SOYUQ DUŞ" - Putin istədiyini aldı

Xəbər verdiyimiz kimi, ABŞ-ın ən nüfuzlu qəzetlərindən biri olan “The New York Times” Vaşinqton hökumətinin yaz hücumunda Ukraynaya yardım planlarının Telegram və Twitter vasitəsilə sızdığını və sosial mediaya yayıldığını açıqlayıb. ABŞ-ın Müdafiə Nazirliyi “təhlükəsizliyin pozulması”nı nəzərdən keçirdiyini açıqlayıb, Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq departamentin məsələni araşdırdığını qeyd edib. 

“The New York Times” yazır ki, məxfi sənədlərdə silah tədarükü, həmçinin batalyon qüvvələri kimi həssas məsələlərlə bağlı cədvəllər və təfərrüatlar var. Səlahiyyətlilər çox məxfi sənədləri kimin sızdırdığını müəyyən etməyə çalışır, ABŞ Ədliyyə Nazirliyi isə məsələ ilə bağlı araşdırmalara başlayıb.

Musavat.com xəbər verir ki, sözügedən rəsmi sənədlərin fotoları yayılıb və yeni detallar ortaya çıxıb.

WhatsApp Image 2023-04-10 at 12.18.38 (1).jpeg (88 KB)

Pentaqonun sızdırılmış sənədləri Ukraynanın hava hücumundan müdafiə sisteminin tükənəcəyini və Putinin döyüş təyyarələrinin hava üstünlüyünü tam şəkildə əldə edəcəyini proqnozlaşdırır.

Məxfi sənədləri araşdıran The New York Times (NYT) yazır ki, Ukraynanın cəbhə xəttindəki qoşunları qoruyan hava hücumundan müdafiəsi mayın 23-dək təsirsiz hala düşə bilər. 23 fevral tarixli və “məxfi” olaraq qeyd olunan sənədlərin birində Ukraynanın S-300 hava hücumundan müdafiə sistemlərinin Rusiya qüvvələrinin təkrar hücumlarından sonra mayın 2-nə qədər tab gətirə biləcəyi barədə məlumatlar yer alır.

WhatsApp Image 2023-04-10 at 12.18.38 (2).jpeg (134 KB)

Başqa sözlə, rəsmi sənədlərə görə, Ukraynanın hava hücumundan müdafiə sistemi həftələr ərzində tükənərək ölkəni Putinin döyüş təyyarələri qarşısında aciz vəziyyətə sala bilər.

Hərbi ekspertlər xəbərdarlıq edirlər ki, ABŞ-ın 2 milyard dollar yardımı Ukrayna üçün kifayət etməyə bilər. NYT-yə danışan ABŞ rəsmisi yardımın əvvəllər mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Çünki sızan sənədlərə görə, Ukraynanın ehtiyatları sürətlə tükənir və bu, Rusiya təyyarələrinə hücum üçün pəncərə açır.

WhatsApp Image 2023-04-10 at 12.18.38 (3).jpeg (139 KB)

ABŞ sözügedən sənədlərlə bağlı araşdırmalara başlayıb. ABŞ rəsmiləri istintaqın ilkin mərhələdə olduğunu və sızmanın arxasında kimin ola biləcəyinin hələ də bəlli olmadığını bildirib.

Pentaqon "həssas və məxfi material ehtiva edən" fotoşəkilləri çəkilmiş sənədlərin etibarlılığını nəzərdən keçirdiyini açıqlayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR