İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ: Zelenskidən OLAY açıqlama: “Putin sağ deyil” – Üzeyir Cəfərovla “Canlı debat”

“Rusiya Prezidenti Putinin sağ olduğuna əmin deyiləm”. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Davos Dünya İqtisadi Forumunda səhər yeməyi zamanı bildirib.

O qeyd edib ki, bu gün kiminlə danışacağını və nə danışacağını tam başa düşə bilmir: “Bəzən axsayaraq görünən adamın Rusiya Prezidenti olduğuna əmin deyiləm. Mən onun sağlam olduğunu tam başa düşə bilmirəm. Qərarı o verir, yoxsa başqası. Bu insanın çevrəsində kimlər var? Bu barədə məndə heç bir məlumat yoxdur”.
Zelenski daha sonra deyib ki, sülh danışıqları sülh demək deyil, bunu həyata keçirmək lazımdır: "Rusiyanın hələ də Ukrayna ərazisindən çıxmasına şansı var. Heç əlaqəni qaytara biləcəyini demir. Ancaq onlar xalqının həyatını xilas edə bilər”.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız hərbi ekspert Üzeyir Cəfərov olacaq. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat


Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/@Musavattv


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR