Onlayn ictimai-siyasi qəzet
Ukraynanın Nikopol vilayət hərbi administrasiyasının rəhbəri Yevgeni Yevtuşenko Rusiyanın nəzarətində olan Zaporojye atom elektrik stansiyasından qara tüstü qalxdığını bildirib.
O, iddia edib ki, ərazidə çoxlu sayda təkər yandırılıb. Bu da qarşı tərəfin hər hansı təhdid mesajı ötürmə istəyi ilə bağlı ola bilər.
Musavat.com bu barədə Ukrayna mediasına istinadən xəbər verir.
“Ola bilsin ki, bu, təxribat və ya keçmiş su anbarının sağ sahilindəki məskunlaşan ərazilərdə çaxnaşma yaratmaq cəhdidir”, - deyə Yevtuşenko sözlərinə əlavə edib.
O, iddia edib ki, Zaporojye AES normal işləyir, radiasiya miqdarı normaldır.
Rusiya tərəfi bu məlumatı şərh etməyib.
Bundan başqa, Ukrayna prezidenti Volodimir Zelenski də məsələ ilə bağlı özünün telegram kanalında paylaşım edib.
O, ərazidən paylaşdığı videoya aşağıdakı şərhi yazıb:
"Enerqodar Nikopoldan bildirilib ki, rus işğalçıları Zaporojye atom elektrik stansiyasının ərazisində yanğın törədiblər.
Hazırda radiasiya göstəriciləri normaldır. Amma nə qədər ki, rusiyalı terrorçular AES üzərində nəzarəti saxlayırlar, vəziyyət normal deyil və ola da bilməz. Zaporojye AES-in ələ keçirildiyi ilk gündən Rusiya ondan sırf həm Ukraynanı, həm də bütün Avropanı və dünyanı şantaj etmək üçün istifadə edir.
Biz dünyanın reaksiyasını gözləyirik, MAQATE-nin reaksiyasını gözləyirik. Rusiya buna görə məsuliyyət daşımalıdır. Yalnız Ukraynanın Zaporojye stansiyasına nəzarəti normal vəziyyətə qaytarmağa və tam təhlükəsizliyinə zəmanət verə bilər."
Hadisə ilə bağlı Rusiyadan da rəsmi reaksiya bildirilib.
Öləkənin XİN sözçüsü Mariya Zaxarova Zaporojye Atom Elektrik Stansiyasında baş verən yanğınla bağlı bildirib ki, Qərbin rəhbərliyi altında Kiyev qlobal enerji təhlükəsizliyini sarsıdıb və indi qitənin nüvə terroruna başlayıb.
@@TVmusavat/92822@@
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ