İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Yeni savaşın tarixi BƏLLİ OLDU - 200 min nəfərlik ordu hazır VƏZİYYƏTDƏ

 

Ukraynanın müdafiə naziri Aleksey Reznikov "The Guardian"a verdiyi müsahibədə Ukraynanın hazırda Rusiyanın kütləvi raket hücumlarına qarşı uğurlu müdafiə təmin etdiyini, lakin Kremlin geniş hücuma hazırlaşdığını bildirib.

Musavat.com xəbər verir ki, Rusiyanın böyük bir hücuma hazırlaşdığına dair əllərində dəlillər olduğunu bildirən müdafiə naziri Reznikov hücumun fevral ayına qədər reallaşa biləcəyini bildirib.

Oktyabr ayında elan edilən qismən səfərbərliklə Rusiyanın təxminən 300 min nəfəri orduya cəlb etdiyinə diqqət çəkən Reznikov bu əsgərlərin bir hissəsinin itkilərin qarşısını almaq üçün cəbhəyə göndərildiyini, bəzilərinin isə növbəti böyük hücumlara geniş şəkildə hazırlandığını iddia edib.

639c0fe567b0a927740e2f99.jpg (130 KB)

Ukraynalı nazir xüsusilə müharibənin ilk ilinə qədəm qoyacağı fevral ayına diqqət çəkib:

"Səfərbərliyə cəlb olunan əsgərlərin yarısı müxtəlif düşərgələrdə təlim kurslarına başlayıb. Sonuncu dəfə olduğu kimi, bu ilin fevralında da hücum dalğası planlaşdırılır. Bu onların yeni planıdır".

Reznikov Rusiyanın böyük hücumunun fevral ayında olacağını qeyd etsə də, Ukrayna Baş Qərargah rəisi Valeri Zalujnı bu hücumun yanvarın sonunda başlayacağını bildirib: “Yeni müharibəyə hazır olmalıyıq”.

Ukrayna ordusunun yüksək rütbəli hərbçilərindən biri xəbərdarlıq edib ki, Rusiya həftələr ərzində başlaya biləcək ikinci böyük hücum üçün 200 minlik yeni ordu qurur.

639c116d67b0a927740e2fa0.jpg (75 KB)

Qeyd edək ki, Rusiya ötən ilin fevralında Ukraynaya ilk hücumuna başlayanda 175 minlik hərbi qüvvədən istifadə edib. Ukrayna Baş Qərargah rəisinin iddiası doğru çıxsa, Rusiyanın ikinci hücum dalğası daha böyük ola bilər.

Zalujnı "The Economist"ə açıqlamasında hücumun Donbas bölgəsindən başlayacağını gözləmədiyini deyib: "Hücum Belarusdan ola bilər, Krımı diqqətdən kənarda qoymuram. Putin 200 minlik yeni ordu qurub. Əminəm ki, o öz gücünü sınayacaq".

Ukraynanın təcili olaraq tanklara, zirehli maşınlara və ağır silahlara ehtiyacı olduğunu qeyd edən Zalujnı qərbli müttəfiqlərini silah təchizatını artırmağa çağırıb.

Nigar Cəfərli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR