İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Yeni qlobal təhlükə - HƏYƏCAN artır

Birləşmiş Ştatlar Strateji Silahlar Müqaviləsi (START III) çərçivəsində Rusiyanı öz üzərinə götürdüyü öhdəliklərdən yayınmaqda ittiham edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin bəyanatında deyilir.

Dövlət Departamenti rəsmi Moskvanı ABŞ-ın müfəttişlərini nüvə obyektlərinə buraxmamaqda ittiham edib. Halbuki adı çəkilən saziş çərçivəsində qarşılıqlı təftişlər həyata keçirilməli idi.

“Rusiyanın təftiş fəaliyyətlərini asanlaşdırmaqdan imtina etməsi ABŞ-ın müqavilə üzrə mühüm hüquqlarını həyata keçirməsinə mane olur və nüvə silahlarına nəzarətin həyat qabiliyyətini təhdid edir”, - deyə sənəddə bildirilir.

Qeyd edək ki, Moskva və Vaşinqton arasında yeni START müqaviləsi çərçivəsində yoxlamaların bərpası ilə bağlı danışıqlar ötən ilin noyabrında Misirdə baş tutmalı idi. Lakin Rusiya görüşü təxirə salıb və hələlik heç bir tərəf yeni tarix təyin etməyib.

Strateji Silahlar Müqaviləsi (START III) iki ölkə arasında “Soyuq müharibə”nin bitməsindən sonra nüvə silahlarına nəzarət üçün sonuncu mühüm mexanizm sayılır. Yeni müqavilə 2011-ci ildə qüvvəyə minib və 2021-ci ildə 5 il müddətinə uzadılıb. Bu saziş ABŞ və Rusiyanın yerləşdirə biləcəyi nüvə başlıqlarının sayını, habelə onları çatdırmaq üçün qurudan və sualtı qayıqlardan buraxılan raketlərin və bombardmançıların sayını məhdudlaşdırır.

Rusiya və ABŞ-ın arsenalları hələ də dünyadakı ümumi nüvə başlıqlarının təxminən 90 faizini təşkil edir. Rusiyanın Ukraynaya müdaxiləsi səbəbindən Moskva ilə Vaşinqton arasında münasibətlər son onilliklərin ən aşağı səviyyəsinə düşüb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR