İnsanlara hürriyət, millətlərə istiqlal!

Təcili yardım həkimləri xəstəni döydülər - ŞOK VİDEO

Rusiyada təcili yardım həkimləri xəstəni döyublər.

Musavat.com Oxu.az-a istinadən xəbər verir ki, onlar çağırışa gəldikləri yerdə yatan adamın üstünə su töküb, təpikləyiblər.

Yerli sakinlər sosial şəbəkədə görüntüləri yayılan tibb işçilərinin davranışından hiddətləniblər.

Regional Səhiyyə Nazirliyi hadisəyə münasibət bildirib. Videoya çəkilən həkimlərin özəl təcili yardım maşınının işçiləri olduğu vurğulanıb.

“Hər halda, həmkarlarımızdan üzr istəyirik. Baş verənlər qətiyyən qəbuledilməzdir”, - nazirlikdən qeyd olunub.

Məlumata görə, artıq xəstəni döyən həkimlər işdən uzaqlaşdırılıb. Hadisə ilə bağlı yoxlamalar başlanılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR