İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ: Xankəndidən gizli şəkildə iki avtoritet ÇIXARILDI – Elxan Şahinoğlu ilə “Canlı debat”da

Erməni mənbələr sülhməramlıların Laçın yolunda aksiyanın başlanmasından sonra Qarabağda qalan iki erməni kriminal avtoriteti gizli yolla Ermənistana keçirdiyini iddia edir: bunun qarşılığında sülhməramlılar 10 min dollar ödəniş alıb, lakin avtoritetlərin adı və aksiya keçirilən ərazidən hansı formada keçirildiyi qeyd olunmur.

Laçın yolundan qeyri-qanuni məqsədlər üçün istifadə etmək təcrübəsi fonunda bu iddianın real olması mümkündür və qanuni oğruların hansı formada keçə biləcəyi ehtimallarını da önə çıxarır:

- sülhməramlı hərbçilərin formasında aksiya keçirilən ərazidən keçə bilərlər;
- təcili tibbi yardım avtomobilində “ağır xəstə” adı ilə çıxa bilərlər;
- sülhməramlıların yük avtomobillərində gizlənərək, gedə bilərlər.
Hər üç versiya istisna deyil, hərçənd, “ağır xəstə” adı ilə çıxarılmaları daha çox mümkün görünür. Çünki aksiya iştirakçıları Qarabağa aparılan humanitar yüklərə, bu yükləri daşıyan sülhməramlılara yol açdıqları kimi, Qarabağdan xəstələrin Ermənistana aparılmasına da şərait yaradır, xüsusilə Qarabağdan “ağır xəstə” aparmaq adı ilə keçən təcili tibbi yardım avtomobillərində yoxlamalar aparılmır. Böyük ehtimalla erməni “qanuni oğru”lar “ağır xəstə” adı ilə təcili tibbi yardım avtomobilində keçə biliblər.

Xəstələrin aparılması prosesində əsas işi Qırmızı Xaç Komitəsi həyata keçirir. Kriminal avtoritetlərin keçidindən komitənin məlumatlı olub-olmadığını demək çətindir, lakin onlar öncədən “ağır xəstə” olaraq “qeydiyyata” da düşə bilərlər.

Qeyd: Zəruri olaraq xatırladaq ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi Xankəndidən 45 “ağır xəstə”nin İrəvana aparıldığını bildirib. Ermənistan Səhiyyə Nazirliyi isə İrəvana gətirilən ağır xəstələrdən 42-nin xəstəxanaya yerləşdirildiyini açıqlayıb, xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmayan 3 “ağır xəstə” haqda məlumat verilmir.

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatında ATLAS Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu ilə müzakirə aparacağıq. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.


Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/@Musavattv


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR