İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ: Ukraynalılar rus səngərinə girdi, basqın - Lukaşenkonu devirmək işi BAŞLANDI - Elxan Nuriyevlə CANLIda

Ukrayna ordusu cənub istiqamətində rusların səngərlərinə daxil olaraq 10-a yaxın hərbçini məhv edib. Bu barədə Ukrayna Xüsusi Əməliyyat Qüvvələri məlumat yayıb.

“Cənubda tapşırıq zamanı xüsusi təyinatlı qüvvələr düşmən xəttinin arxasına keçə biliblər. Müqavimət göstərməyə cəhd edən düşmən əsgərlərinin bir neçəsi məhv edilib”, - məlumatda qeyd olunub.

Yüzlərlə Belarus vətəndaşı Aleksandr Lukaşenkonu devirmək üçün Polşanın Poznan şəhərində xüsusi təlim keçirlər.
Bu barədə Böyük Britaniyanın “The Times” nəşri məlumat yayıb.

Nəşr iddia edir ki, 2020-ci ildəki kütləvi etirazlardan sonra ölkədən qaçan yüzlərlə Belarus vətəndaşı diktator prezidentlərini devirmək istəyirlər.
“The Times” yazır ki, təlim Belarus hüquq-mühafizə orqanlarının keçmiş zabitləri tərəfindən keçirilir.
Qeyd edək ki, bugünlərdə Lukaşenko bildirmişdi ki, Qərb dövlətləri Polşa, Litva və Ukraynada onu devirmək üçün qeyri-qanuni silahlı birləşmələrin üzvlərinə təlimlər keçir.

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində Ukraynadan olan polkovnik Elxan Nuriyevlə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR