İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCiLİ: Ukrayna ordusu Rusiyaya məxsus silah anbarı və bərəni məhv etdi - Kiyevdən CANLI bağlantı

Ukrayna ordusu Baştansk rayonunda Rusiyaya məxsus bərəni məhv edib.

APA xəbər verir ki, bu barədə Cənub Operativ komandanlığı məlumat yayıb.
Komandanlıq bildirir ki, son sutka ərzində Zelenodolska raket hücumu nəticəsində biri uşaq olmaqla 9 mülki şəxs həlak olub.

Hücumların qarşısı alınarkən Rusiyaya məxsus 9 tank, 1 haubitsa, 1YARS, 1 ədəd S-300 buraxılış qurğusu, 1 ədəd 152 mm-lik top və 18 hərbi avtomobil məhv edilib. Həmçinin Baştansk rayonunda 1 silah anbarı və 1 bərə məhv edilib, 152 Rusiya hərbçisi zərərsizləşdirilib.

Qara dənizdə fırtına olduğu üçün hərbi gəmilər sahilə yaxın ərazidə lövbər salır. Bunun nəticəsində bərəni vurmaq mümkün olub.

Müharibənin bu mərhələsində nələr baş verir? Ukraynanın əks-hücum əməliyyatları hansı nəticəni verir?

Bu sualların cavabını aparıcı Sevinc Telmanqızının təqdimatındakı "Canlı debat" verilişində izləyə bilərsiz. Qonaqlarımız Ukraynada yaşayan polkovnik Elxan Nuriyev və diaspor fəalı Yalçın Qəhrəmanoğludur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR