İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Türkiyədən asılı olan ölkə ODLA OYNAYIR - Quran ilə bağlı ŞOK QƏRAR

NATO-ya üzv olmaq üçün Türkiyənin təsdiqini gözləyən İsveç bu gün PKK tərəfdarının Türkiyəyə ekstradisiyasına razılıq verib, eyni zamanda qalmaqallı qərara imza atıb.

Musavat.com AFP xəbər agentliyinə istinadən xəbər verir ki, Quranın yandırılması ilə bağlı qadağa aradan qaldırılıb.

Fevral ayında İsveç polisi  Quranı yandırmaq istəyən iki nəfərə təhlükəsizlik baxımından icazə verməmiş və müsəlmanların müqəddəs kitabını yandırmağı qadağan etmişdi.

Bu gün həmin qərar İsveç Ali Məhkəməsi tərəfindən ləğv edilib.

Xatırladaq ki, yanvar ayında İsveçdə terror təşkilatı PKK/YPG tərəfdarları paytaxt Stokholmda bələdiyyə binası qarşısında Türkiyə prezidenti Tayyib Ərdoğana bənzədilmiş manekeni ayaqlarından asıblar. Görüntülər Türkiyədə və dünyada böyük reaksiyalara səbəb olub. Bundan sonra isə İsveç polisi Türkiyə səfirliyi qarşısında "Quran"ın yandırılacağı aksiyaya icazə verib və Rasmus Paludan müsəlmanların müqəddəs kitabı olan Qurani-Kərimi yandırıb.

odatv_image_88__d1ac961a477e42.jpg (36 KB)

NATO-ya üzv olmaq istəyən İsveç yaranan gərginlikdən sonra terrorizmin bütün forma və təzahürləri ilə mübarizədə Türkiyə ilə tam həmrəylik və əməkdaşlıq edəcəklərinə, terror təşkilatı PKK başda olmaqla, milli təhlükəsizliyinə qarşı bütün təhdidlərə qarşı Türkiyəyə hərtərəfli dəstək verəcəyinə, o cümlədən PYD/YPG və FETÖ-nü dəstəkləməyəcəyinə söz verib.

İyulun 11-12-də Litvanın paytaxtı Vilnüsdə keçiriləcək NATO Sammitində tamhüquqlu üzv kimi masa arxasında oturmağa ümid edən İsveçə hələ də yaşıl işıq yandırmayan Ankara terrorla mübarizəni gücləndirən qanun kontekstində İsveçdən konkret addımlar görmək istəyir. Bu kontekstdə Stokholm administrasiyası yeni terror qanunu imzalayaraq ilə Ankaranı "hə" cavabı verməyə razı salmağı planlaşdır.

Həmin qanun çərçivəsində İsveç PKK tərəfdarının Türkiyəyə ekstradisiyasına razılıq verib. Adı açıqlanmayan 35 yaşlı PKK tərəfdarı 2014-cü ildə narkotik cinayətlərinə görə Türkiyədə 4 il 7 ay həbs cəzası almış, lakin şərti olaraq azadlığa buraxıldıqdan sonra İsveçə getmişdi. O, Türkiyə məhkəmə orqanlarının tələbi ilə cəzasının qalan hissəsini Türkiyədə çəkmək üçün ötən il İsveçdə həbs edilmişdi.

Ötən həftə İsveç Ali Məhkəməsi PKK-ya dəstək verən, narkotik qaçaqmalçılığına görə məhkum olunmuş şəxsin ekstradisiyası barədə qərar qəbul edib. İsveç Ədliyyə Nazirliyinin rəsmisi Əşrəf Əhməd AFP-yə hökumətin 35 yaşlı Türkiyə vətəndaşının ekstradisiyasına dair sərəncam verdiyini təsdiqləyib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR