İnsanlara hürriyət, millətlərə istiqlal!

Təcili tibbi yardım avtomobilləri hava şəraitinə uyğunlaşdırılıb

Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, eləcə də 113 Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası gücləndirilmiş iş rejiminə keçib.

TƏBİB-dən Musavat.com-a verilən məlumata görə, sürüşkən buzlu yollarda rahat hərəkət məqsədilə avtomobillərə zəncirlər paylanılıb.

Bakı şəhərindəki relyefi çətin ərazilərdə xidmət göstərmək üçün 6 ədəd sanitar avtomobil ( 2- Pajero, 2-UAZ, 2 ədəd- 4•4 Mersedes VİTO) hazır vəziyyətə gətirilib.

Eyni zamanda digər sanitar avtomobillərin də texniki vəziyyəti çətin hava şəraitində xidmət göstərmək üçün uyğunlaşdırılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR