İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Terrorçulara Kılıçdaroğlu ilə bağlı GÖSTƏRİŞ verildi, sabah... - "TARİXİ FÜRSƏT"

Terror təşkilatı PKK-nın Avropada nəşr olunan “Yeni Özgür Political” qəzeti PKK-nın siyasi qanadı olan HDP-yə seçkilərin ikinci turu ilə bağlı göstəriş verib və Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunu dəstəkləməyə çağırıb.

Musavat.com bu barədə "Sabah" qəzetinə istinadən məlumat verir.

Bildirilir ki, terrorçuların qəzeti "Bir şillə də sən vur" başlığı ilə oxucuların qarşısına çıxıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı təhqir edən və böhtan atan, onu türk irqçisi və kürk düşməni adlandıran “Yeni Özgür Political” qəzeti prezident seçkilərinin ikinci turunda 7 partiyalı koalisiyanın namizədi olan Kamal Kılıçdaroğlunu dəstəkləyəcəyini açıq şəkildə bəyan edib.

Məqalədə HDP həmsədri Əhməd Türkün açıqlamalarına yer verilib.

Türk ikinci turda Kılıçdaroğlunu dəstəkləməyə çağırıb:

423.jpg (82 KB)

"Mən ilk növbədə xalqımıza, gənclərimizə bu mesajı vermək istərdim. Oyuna gəlməyin. Etiraz etmək və seçkiyə getməmək Ərdoğanın xeyrinə olacaq. Bu şüurla seçki məntəqələrinə getmək lazımdır".

Qeyd edək ki, HDP-nin dəstəklədiyi CHP sədri Kamal Kılıçdaroğlu prezident olmaq naminə HDP-yə güzəştlərə getməyə davam edir və Qəndildəki terror təşkilatı liderlərindən ardıcıl dəstək mesajları alır. 14 may seçkilərinin nəticələrini qiymətləndirmək üçün toplanan HDP Ümumi Məclisinin açıqlamasında Kamal Kılıçdaroğluna dəstəyin davam edəcəyi vurğulanıb və “Bizim prezident seçkilərinin ikinci turunu möhtəşəm sonluq və yeni başlanğıca çevirmək imkanımız var" deyilib.

PKK liderlərindən Salih Müslim sabah keçiriləcək seçkiləri terror lideri və uşaq qatili Abdullah Öcalanın azadlığa çıxması üçün fürsət olaraq qiymətləndirib: "Əgər Kılıçdaroğlu seçkidə qalib gələ bilsə, bütün intiqamımızı bir nəfərdən alarıq".

HDP ilə ittifaq bağladıqdan sonra “qapalı qapılar” arxasında apardığı danışıqları açıqlayan Kılıçdaroğlu HDP-li Səlahəddin Dəmirtaşa, həbsxanalardakı digər terrorçulara və terrora görə həbsdə olan KHK-çılara azadlıq vəd edib. PKK-nın Suriya qolu olan YPG-ni terror təşkilatı olaraq görməyən CHP sədri sərhədyanı əməliyyatların dayandırılacağını, qəyyumluq təcrübələrinə son qoyulacağını və yerli idarəetmələrə muxtariyyət şərti qoyacağını açıqlayıb.

Kamal Kılıçdaroğlunun azadlıq vəd etdiyi HDP-nin keçmiş həmsədri Səlahəddin Dəmirtaş sosial media hesabından verdiyi açıqlamalarla Kılıçdaroğluna dəstəyini bir daha təkrarlayıb: “Bu əli havada qoymayın, qardaşlarım. Kılıçdaroğluna səs verin, Türkiyə nəfəs alsın”.

Qırmızı bülletenlə axtarılan PKK terror təşkilatının idarəçilərindən Remzi Kartal da Kılıçdaroğluna səs verməyə çağırıb.

Kartal Kılıçdaroğlunu "tarixi fürsət" adlandırıb: "AKP və MHP-ni devirmək baxımından Kılıçdaroğlunu dəstəkləmək doğru seçimdir. Kılıçdaroğluna səs verməliyik".

PKK terror qruplaşmasının lideri Cəmil Bayık, PKK terror təşkilatının lideri Duran Kalkan, PKK/PYD lideri Salih Müslim, HDP-li Pervin Buldan, Sırrı Sakık da CHP sədri Kamal Kılıçdaroğluna açıq-aşkar dəstək veriblər.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR