İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Putinin "qiyamət silahı" ilə bağlı ŞOK DETALLAR - Ümidlər boşa çıxdı

Doqquzuncu aya qədəm qoymuş Rusiya-Ukrayna müharibəsində şiddətli toqquşmalar davam edir. Ukraynanın hücumu səngimir, dünya Putinin yeni addımını gözləyir.

Musavat.com Britaniyanın "Daily Mail" qəzetinə istinadən xəbər verir ki, Putinin Ukraynada taktiki nüvə silahlarından istifadə edə biləcəyi iddialarının mərkəzində Rusiyanın ən müasir nüvə sualtı gəmisi Belqorod dayanır.

Xatırladaq ki, NATO xəbərdarlıq notasına görə, Belqorod öz bazasından yoxa çıxmışdı. NATO-nun eyni xəbərdarlıq notasına görə, sualtı qayıq "Poseydon" nüvə bombasını sınaqdan keçirmək üçün Qara dənizə yollanmışdı. Hərbi ekspertlər belə bir addımın Putinin müharibənin gedişatını dəyişdirmək üçün son çarəsi ola biləcəyi barədə xəbərdarlıq edib.

WhatsApp Image 2022-11-11 at 17.20.26.jpeg (124 KB)

ABŞ “qiyamət silahı” olan “Belqorod” nüvə sualtı qayığının taleyinə aydınlıq gətirib. Sualtı qayığın öz missiyasını yerinə yetirə bilmədiyi açıqlanıb.

ABŞ kəşfiyyatının yüksək vəzifəli məmurunun sözlərinə görə, Rusiya son həftələrdə "Poseydon"u sınaqdan keçirməyə cəhd edib və uğursuz olub. Məlumata görə, uğursuz missiyadan sonra sualtı qayıq bazaya qayıdıb. Hələlik Rusiyadan mövzu ilə bağlı rəsmi açıqlama verilməyib.

WhatsApp Image 2022-11-11 at 17.20.32.jpeg (81 KB)

Qeyd edək ki, təxminən 185 metr uzunluğunda olan və nüvə enerjisi ilə işləyən sualtı qayıq nüvə başlıqlı "Poseydon" torpedosu ilə təchiz edilib  və böyük ərazidə həyatı məhv etmək qabiliyyətinə malik radioaktiv sunami yaratmaq gücünə malikdir. Həmçinin Nyu-York, Los-Anceles kimi şəhərləri məhv etməyə qadirdir. "Belqorod" sualtı qayığının göyərtəsində səkkizə qədər belə raket var.

Sualtı qayığın hər biri iki milyon ton trotil ekvivalentinə bərabər olan altı nüvə silahlı torpedo ilə təchiz olunduğu da güman edilir.

Başqa sözlə, sualtı qayıqda İkinci Dünya müharibəsi zamanı Xirosimaya atılan atom bombasından 130 dəfə çox ölümcül silahlar var.

Nigar Cəfərli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR