İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ: Putin bu gün rəsmən müharibə elan edəcək – Tural Abbaslı ilə “Canlı debat”

Rusiya Prezidenti Vladimir Putin bu gün yeni səfərbərlik dalğası və Ukraynaya rəsmən müharibə elan edə bilər. Bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.

Məlumata görə, bugünkü tarix onun üçün simvolikdir:

“Putin yaxın günlərdə ordusunu genişləndirmək üçün səfərbərliyin ikinci dalğasını elan edə bilər, ola bilsin ki, yanvarın 18-də. Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Putinin doğulduğu şəhər olan Leninqradın faşist blokadasının yarılmasının 80 illiyi münasibətilə o, yanvarın 18-də Sankt-Peterburqda çıxış edəcək. Putin rus xalqına müraciət etmək üçün simvolik tarixlərdən istifadə etməyi sevir və bəzi rusiyalı müharibə tərəfdarı blogerlər onun bu fürsətdən ya səfərbərlik, ya da Ukraynaya müharibə elan etmək üçün istifadə edəcəyini deyirlər”.

Qeyd edək ki, Ukrayna və Qərb kəşfiyyat orqanları Putinin yanvarınortalarında səfərbərliyə hazırlaşmağı planlaşdırdığı barədə dəfələrlə xəbərdarlıq ediblər.
Bu və gündəmdəki digər xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində Ağ Partiyanın sədri Tural Abbaslı ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/@Musavattv

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR