İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ: Paşinyan “Azərbaycan əməliyyatlara hazırlaşır” açıqladı - Hərbi analitiklə CANLI

Paşinyan “Azərbaycanın hərbi əməliyyatlar hazırladığını, bunu həm də Qarabağda planlaşdırdığını iddia etmək üçün ilkin şərtlər var” iddiasını irəli sürüb. Və bununla Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın “Rusiya Azərbaycanı yeni əməliyyata sövq edir” iddiasını bir qədər yumşaq formada davam etdirib.

"Moskvanın Ermənistanın ittifaq dövlətinə qoşulması və öz ərazisindən Azərbaycana dəhliz verməsi üçün təzyiqlər etməsi barədə deyilən fikirlər "feyk"dir". Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bugünkü brifinqdə bildirib.

O, bu iddiaları səsləndirən Ermənistan dövlət rəsmilərinin inandırıcı sübutlar göstərməsini istəyib: “Əgər onlar konkret ölkə ilə bağlı belə açıqlamalar verirlərsə, faktları da göstərməlidirlər. Onda biz Prezidentin mətbuat katibi Dmitri Peskovun bununla bağlı dediklərinə nələrisə əlavə edə bilərik”.
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistan İctimai Televiziyasına müsahibəsində Ermənistanın Rusiya-Belarus ittifaq dövlətinə qoşulması və öz ərazisindən Azərbaycana dəhliz verməsi üçün Moskvanın İrəvana müxtəlif vasitələrlə təzyiq etdiyini bəyan edib.

TVMusavat-ın saat 15:00-da canlı efirində aparıcı Emil Salamoğlu bölgədəki hadisələri, Kreml-İrəvan gərginliyini hərbi ekspert Ramil Məmmədli ilə müzakirə edir.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat


Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR