İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Orduya TAPŞIRIQ VERİLDİ - Bu ölkə müharibəyə hazırlaşır?

İstefa verməyə hazırlaşan Çinin baş naziri Li Kiqiang Milli Xalq Konqresinin son iclasında hərbi təhdidlərin artdığını qeyd edərək, orduya “təlimlərin intensivləşdirilməsi” barədə çağırış edib.

Musavat.com xəbər verir ki, Çinin ən yüksək səviyyəli qanunverici orqanının iclasındakı 53 dəqiqəlik çıxışında hökumətin işi haqqında məlumat verən Kiqiang bu il müdafiə xərclərinə ayrılan büdcənin 7,2 faiz artımla 225 milyard dollara çatacağını qeyd edib.

Bu, 2019-cu ildən bəri ən böyük illik artım olsa da, keçən il dünyanın ikinci ən böyük ordusunun büdcəsi 7,1 faiz artıb. ABŞ ordusunun büdcəsi isə 800 milyard dollar civarındadır.

640524864e3fe1174cf22312.jpg (62 KB)

Baş nazir Li “Çinin qarşısını almaq və ona nəzarət etmək üçün xarici cəhdlərin artdığını” deyib: "Silahlı qüvvələr təlim və hazırlıqlarını gücləndirməlidir. Döyüş qabiliyyətinin artırılması vacibdir".

Qərb mediası bu açıqlamanı Çinin müharibəyə hazırlaşması kimi şərh edib.

Maraqlıdır ki, bu bəyanat Qərb ölkələrində Çinin Rusiyaya silah tədarük edəcəyi ilə bağlı narahatlıqların artdığı dövrə təsadüf edir.

Əsasən, Tayvan məsələsi, Honq-Konq və Sincanda insan haqları pozuntuları səbəbindən illərdir gərgin olan Vaşinqton-Pekin münasibətləri keçən ay “casus şarı” böhranı ilə daha da pisləşib.

640524c04e3fe1174cf22317.jpg (26 KB)

Bundan başqa, ABŞ rəsmiləri ÇİN-in yaxın gələcəkdə Tayvanı işğal edə biləcəyindən narahatdırlar.

Baş nazir Li çıxışında Tayvan məsələsinə toxunaraq, adanın Çinin ərazisi olduğunu təkrarlayıb. O, Tayvanın müstəqilliyinə qarşı çıxmaq üçün qətiyyətli addımlar atmağa davam edəcəklərini vurğulayıb və "dinc yolla birləşməyə" çağırıb.

Xatırladaq ki, Tayvanın müstəqilliyini heç vaxt qəbul etməyən Çin daha əvvəl bəyan etmişdi ki, lazım gələrsə, güc yolu ilə birləşməyə çalışacaq. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR