İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ: Ordumuz Ermənistanın məxfi döyüş xəritəsini ƏLƏ KEÇİRDİ - Hərbi sirlər ifşa edildi, ermənilər AYAQDA

Ermənistanda 44 günlük müharibədən sonra Azərbaycanla sərhəddə baş verən toqquşmalarla bağlı istintaq araşdırmaları davam edir. Ermənistanın hərbi rəhbərliyi məğlubiyyətin günahını müxtəlif zabitlərin üzərinə qoymaq məqsədilə çoxsaylı cinayət işi açıb. Bu cinayət işlərinin birində Azərbaycan Ordusunun ermənilərin məxfi saxlanılan döyüş xəritəsini ələ keçirməsindən bəhs olunur.

Ermənistan mediası yazır ki, 11 dekabr 2020-ci il tarixində Ermənistana məxsus hərbi hissələrin birinin baş qərargah rəisi, mayor V.K. və rəhbərlik etdiyi şəxsi heyət Azərbaycan Ordusuna müqavimət göstərə bilməyib və geri çəkilməyə məcbur olub. Onlar geri çəkilərkən, məxfi döyüş xəritəsini götürməyiblər.

Azərbaycan Ordusunun ələ keçirdiyi döyüş xəritəsində Ermənistanın sərhəd boyunca bir sıra mövqeləri haqda bütün sirlər ifşa olunub.


Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı "Canlı debat" verilişində poplitoloq Rizvan Hüseynovla müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2024

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR