İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Ordu hazır vəziyyətə gətirildi - Afina üçün "son ümid..."

Yunanıstan cəbhəsindən gələn açıqlamalar Ankara-Afina xəttində gərginliyi artırır. 

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, baş nazir Mitsotakis ExxonMobile şirkətinin Peloponnesdə və Kritin cənub-qərbində təbii qaz yataqlarını kəşf etmək üçün tədqiqatlara başlayıb.

Mitsotakisin bəyanatından 24 saat sonra Yunanıstan hərəkətə keçib və şirkət çalışmalara başlayıb

Bu bəyanatdan sonra Afinadan etiraf kimi bir açıqlama gəlib. Ətraf mühit və energetika naziri Kostas Skrekas araşdırmanı "son ümid" kimi qiymətləndirib.

"Kritin cənub-qərbində və Peloponnesdə olmasını ehtimal etdiyimiz yataq mədənçıxarma sənayesinin Şərqi Avropa regionunda son ümidi ola bilər", - Skrekas bildirib.

Bölgədə "Türkiyə təxribatı" ola biləcəyini iddia edən CNN Yunanıstan silahlı qüvvələrin belə bir ssenariyə qarşı cavab planı üzərində işlədiyini yazıb. Krit və Korfu ətrafı ərazilərin donanma tərəfindən qorunacağı açıqlanıb.

Hərbi mənbələrə əsaslanan xəbərə görə, müdaxilə olacağı halda bölgə uzaqdan davamlı nəzarət altında olacaq.

Nigar Cəfərli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR