İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! NATO döyüş təyyarələrini havaya qaldırdı - UFO böhranı dərinləşir

Ötən günlərdə ABŞ-da baş verən UFO (“naməlum uçan obyekt”) gərginliyindən sonra daha bir ölkədə “naməlum uçan obyekt” böhranı yaşanıb. Belə ki, Rumıniya hava məkanında “naməlum uçan obyekt”in aşkarlanması ilə bağlı həyəcan vəziyyətindədir.

Musavat.com xəbər ki, Rumıniya Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, NATO komandanlığında olan iki döyüş təyyarəsi hava məkanında uçan cismin aşkarlanmasından sonra havaya qalxıb.

Açıqlamada qeyd olunub ki, meteoroloji məqsədlə istifadə edilən hava şarına bənzəyən uçan obyekt ölkənin radar sistemi tərəfindən 11 min metr yüksəklikdə təsbit edilib.

Həmçinin bildirilib ki, döyüş təyyarələri təxminən 30 dəqiqə ərzində bölgəni skan etsə də, uçan obyektin tapmaq mümkün olmayıb.

Rumıniyanın xarici işlər naziri Boqdan Auresku bu barədə mətbuata açıqlama verib: "Radarda təsbit edilməsinə baxmayaraq, döyüş təyyarələrimiz heç bir obyekt tapmadı. Bu səbəbdən hava məkanımız üçün heç bir təhlükə yoxdur".

Xatırladaq ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) keçən həftə Çinə məxsus yüksək hündürlükdə uçuş həyata keçirən kəşfiyyat şarının ABŞ üzərində olduğunu açıqlamışdı. Çin Xarici İşlər Nazirliyindən verilən açıqlamada hava şarının mülki təyyarə olduğu və meteoroloji araşdırmalar üçün istifadə edildiyi, Çin təyyarəsinin qərb küləyi və məhdud nəzarət imkanları səbəbindən marşrutdan çıxdığı bildirilmişdi.

ABŞ dövlət katibi Antoni Blinken şar böhranı səbəbindən Çinə səfərini təxirə salıb. Vaşinqton-Pekin xəttində yeni gərginliyə səbəb olan hava şarı fevralın 4-də ABŞ ordusu tərəfindən Atlantik okeanı üzərindən yerə salınıb.

Pekin administrasiyası isə ABŞ-a "mülki dronlara güc yolu ilə müdaxilə etdiyi" üçün etiraz etmişdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR