İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Narahatlıq artır: ABŞ hər an İranı vura bilər

Livanın Hizbullaha yaxınlığı ilə tanınan “Əl-Əxbar” qəzeti ərəb ölkələri arasında ABŞ-nin İrana hərbi müdaxilə ehtimalının ciddi narahatlıq doğurduğunu yazıb.

Musavat.com xəbər verir ki, qəzetin məlumatına görə, Ər-Riyadda və Dohada keçirilən son görüşlərdə ərəb liderləri bu məsələni müzakirə ediblər. Toplantılarda İranın mümkün cavab tədbirləri və regionda baş verə biləcək qarşıdurmaların ssenariləri diqqət mərkəzində olub.

Xüsusilə vurğulanır ki, ABŞ-ın İrana qarşı mümkün birbaşa hərbi zərbəsi fonunda, İranın Körfəz regionunda yerləşən ABŞ bazalarına və enerji infrastrukturuna hücum edə biləcəyi ehtimalı da nəzərdən keçirilib.

“Əl-Əxbar” qeyd edir ki, bu narahatlıqlar fonunda bəzi ərəb ölkələri regionda hərbi və logistik hazırlıqları sürətləndirməkdədir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Mart 2025

21 Mart 2025

BÜTÜN XƏBƏRLƏR