Onlayn ictimai-siyasi qəzet
Aprelin 6-sı axşam saatlarından aprelin 7-si saat 04:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus, Qarakilsə, Basarkeçər, Keşişkənd, Tovuzqala və Çəmbərək rayonları istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə intensiv atəşə tutub.
Müdafiə Nazirliyi məlumat yayıb. "Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb", MN-in məlumatında deyilir.
Aprelin 7-də səhər saatlarında isə Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu Əsgər Nicat oğlu Musayev Cəbrayıl rayonunda minaya düşərək həlak olub. Minaya düşən hərbçimizə şəhid statusunun verilməsi gözlənilir.
Rusiya Ukrayna qoşunlarının Belqorod və Bryansk vilayətlərinə hücumunu dayandırmaq üçün bölgələrdəki körpüləri və bəndləri partlatmağa məcburdur. Bunu Ukrayna ordusunun “Aydar” batalyonunun keçmiş komandiri, ekspert Yevgeni Dikiy deyib.
“Hərbçilər bildirirlər ki, Bryanskda körpüləri və bəndləri partlatmaq üçün hazırlıq gedir. Bu, təsadüfən baş vermir, bizi dayandırmaq üçün bunu etməyə məcburdurlar, çarəsizlikdən edilir. Düşməni hərbi texnika ilə dayandırmaq mümkün olmayanda, bu üsullardan istifadə olunur”, - keçmiş komandir bildirib. Dikiy xatırladıb ki, Ukrayna bu taktikadan müharibənin əvvəlində İrpen yaxınlığındakı bəndi partladaraq istifadə edib: “Düşmənin Kiyevə girəcəyi ehtimalı vardı, o zaman bəndi partlatmaq əmrini verənlər paytaxtı xilas elədilər”.
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu politoloq Vaqif Hüseynlə gündəmi müzakirə edir.
07 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ