İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Livana qarşı gizli PLAN: Birbaşa toqquşmalar BAŞLADI -ŞOK DETALLAR

İki gündən artıqdır ki, Livanda ard-arda partlayışlar baş verir. Sentyabrın 17 və 18-də mobil telefonlar, barmaq izi cihazları, günəş panelləri və litium-ion batareyaları ilə işləyən müxtəlif cihazlar gözlənilməz şəkildə partlayaraq ciddi insan tələfatına səbəb olub. Livan Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, baş verən partlayışlar nəticəsində 30 nəfər həyatını itirib, 450-dən çox insan isə yaralanıb. 

Bu faciəvi hadisələr arxasında hansı səbəblərin dayandığı isə hələ də sual altındadır. Bəzi mənbələr hadisələrin texnoloji nasazlıq və ya kənar müdaxilə nəticəsində baş verdiyini irəli sürür, lakin bu partlayışların səbəbi və arxasında dayanan qüvvələr hələ də araşdırılır.

Livanın regionda mürəkkəb geosiyasi vəziyyəti və müxtəlif maraqlı tərəflərin mövcudluğu nəzərə alınsa, ölkənin daxili sabitliyini sarsıtmaq və ya ona təzyiq göstərmək istəyən qüvvələr mövcuddur. Xüsusilə ABŞ və bəzi regional dövlətlər arasında uzun müddətdir davam edən gərginliklər Livanın siyasi və hərbi baxımdan zəiflədilməsi ilə bağlı müxtəlif spekulyasiyalara səbəb olur.

Maraqlıdır, yaxın şərqdə nə baş verir? Livanda baş verən partlayışların səbəbi nələrdir və bunun arxasında kimlər dayanır?

Məsələ ilə bağlı danışan politoloq Elçin Mirzəbəyli News24.az-a bildirib ki, Livanda baş verən bu hadisə həm Hizbullahın, həm də onun “xaç atası” İranın onsuz da sarsılmış nüfuz və mövqelərinə ciddi zərbə vurub:

“Livanda, əsasən İranın proksi təşkilatı Hizbullahın xüsusi rabitə vasitələrində baş verən partlayışlar, eləcə də yenə həmin təşkilatın üzvlərinə məxsus digər elektron cihazların və elektrik avtomobillərin yanması kiberhücum nəticəsində baş verib. Qeyd edim ki, Hizbullahın, həmçinin İranın Livandakı səfirliyinin təmsilçilərinin, SEPAH cəsuslarının istifadəsində olan xüsusi rabitə vasitələri Tehranın sifarişi ilə hazırlanıb və düşünürəm ki, bu məqam bir sıra məsələlərə aydınlıq gətirmək üçün yetərlidir. Diqqət çəkən məqamlardan biri də partlayış və yanğınların Hizbullahın İsrailə genişmiqyaslı hücum edəcəyi ilə bağlı məlumatların kütləvi şəkildə yayılmasından sonra baş verməsidir”. 

Politoloqun sözlərinə görə, şübhəsiz ki, bu hadisə həm Hizbullahın, həm də onun “xaç atası” İranın onsuz da sarsılmış nüfuz və mövqelərinə ciddi zərbə vurub. O qeyd edib ki, kiberhücumların İsrail tərəfindən kerçəkləşdiyi, hər kəsin şübhəsinə səbəb ola biləcək bir versiyadır: “Əgər HƏMAS-ın İrana yaxın olan silahlı qanadının İsrailə hücumundan sonra, diqqətin bir müddət İrandan yayındığını, daha doğrusu ehtimal edilən qarşıdurmanın epidsentrinin İran ərazisindən uzaqlaşdırıldığını nəzərə alsaq, baş verənlərin arxasında rəsmi Tehranın dayandığı ilə bağlı şübhələrin ortaya çıxmasına zəmin yaradır. Əslində, bir müddət öncə İranın dini-siyasi rəsmilərinin HƏMAS-ın məlum hücumu ilə bağlı söylədikləri də bunu deməyə əsas verir”. 

Elçin Mirzəbəyli                       

Elçin Mirzəbəyli əlavə edib ki, İranın yeni rəhbərliyinin Qərblə yaxınlaşmaq istəyini sübuta yetirən çoxsaylı ehtimallar var. Məsələn, İranın Zəngəzur dəhlizi ilə bağlı bəyanatlarının Qərbin maraqları ilə üst-üstə düşməsi, Pezeşkianın ölkənin paytaxtının Fars (Ərəb) körfəzinə, İsrailə yaxın əraziyə köçürülməsi ilə bağlı açıqlaması və s. bu kimi məqamlar Tehranın ənənəvi tərəfdaşlarından yenə də ənənəsinə uyğun "U” dönüşü etmək niyyətindən xəbər verir.

“Ola bilsin ki, ABŞ-ın və bütövlükdə Qərbin İranla işbirliyinin daha geniş miqyasda, o cümlədən Rusiya və Çin əleyhinə davam etdirməsi üçün bir sıra şərtləri var və bu şərtlərin arasında HƏMAS və Hizbullah kimi proksilərin səradan çıxarılması da yer alıb. İranın dini-siyasi rejiminin öz “yaratdıqlarını” “yemək” kimi bir təcrübəsinin olduğunu da nəzərə alsaq, bu tamamilə mümkündür”,- deyə Politoloq bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR