İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! İranla Taliban arasında QANLI QARŞIDURMA başladı - Ölən və yaralananlar var

Mayın 27-də İranın Sistan-Bəlucistan əyalətinin Hirmand rayonundakı Sasuli polis məntəqəsi yaxınlığında Taliban sərhəd qüvvələri ilə İran sərhədçiləri arasında silahlı qarşıdurma baş verib.

Musavat.com İranın Fars xəbər agentliyinə istinadən xəbər verir ki, hadisə zamanı hər iki tərəfdən bir nəfər ölüb, 2 iranlı sərhədçi yaralanıb.

İran dövlət televiziyası isə qarşıdurmanın səbəbini qiymətləndirmək üçün iki tərəfin hərbi rəsmilərinin görüş keçirdiklərini açıqlayıb. Hesabatda əlavə təfərrüatlar verilməyib.

Taliban müvəqqəti hökumətinin Müdafiə Nazirliyi Nimroz vilayətinin Kanq rayonunun sərhəd bölgəsində İran əsgərlərinin atəşə tutulmasının iki tərəf arasında qarşıdurmaya səbəb olduğunu açıqlayıb. Nazirlik "müharibəyə başlamaq üçün bəhanələr uydurmaq və neqativ hərəkətlərə yol verməyin heç bir tərəfin xeyrinə olmadığını" bildirib və əlavə edib ki, Taliban administrasiyası hər hansı problemi həll etmək üçün dialoqu ən ağlabatan yol kimi görür.

Talibanın Daxili İşlər Nazirliyinin sözçüsü Əbdülnafi Tekur Twitter hesabından verdiyi açıqlamada qarşıdurma nəticəsində hər iki tərəfdən bir nəfərin həyatını itirdiyini, çoxlu sayda yaralının olduğunu bildirib.

İran Polis İdarəsinin komandir müavini, general Qasım Rzayi də Taliban qüvvələrinin yerli vaxtla saat 10:00 radələrində sərhəddəki Sasuli Polis Bölməsinə ağır silahlardan atəş açmağa başladığını və İran sərhədçilərinin atəşə cavab verdiyini açıqlayıb.

Qeyd edək ki, son günlər Hilmend çayında suyun paylaşılması ilə bağlı İran və Taliban arasında gərginlik yaşanır.

Taliban administrasiyası bölgədəki quraqlıq səbəbindən Hilmend çayındakı Keceki bəndi və Kemal Han çaylarında suyun miqdarının azaldığını və buna görə də suyun İrana çatmadığını iddia edir. İran isə bildirir ki, texniki komitə bəndlərə baş çəkməli və bu vəziyyəti təsdiqləməlidir.

Əfqanıstanda Taliban hakimiyyətə gəldikdən sonra Pakistan və İranın sərhəd qüvvələri vaxtaşırı Talibanla toqquşur.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR