İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! İran-İsrail gərginliyi artır - Netanyahudan ŞOK AÇIQLAMA

 

İsrailin baş naziri Binyamin Netanyahunun yeni açıqlamaları gərginliyi pik həddə çatdırıb.

Musavat.com xəbər verir ki, Netanyahu Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) prezidenti Mariano Qrossinin "dəyərsiz" bir bəyanatla çıxış etdiyini deyib, "qanuni müdafiə" üçün İranın nüvə obyektinə hücum variantının masada qalmasında təkid edib.

QEYD: Qrossi Tehranda İran liderləri ilə görüşdən sonra keçirilən mətbuat konfransında demişdi: "Nüvə obyektinə istənilən hərbi hücum qeyri-qanunidir və hamımızın sadiq qaldığı normativ strukturlardan kənardır".

Netanyahu Nazirlər Kabinetinin iclasındakı çıxışında bu ifadələri işlədib:

“Bizim özümüzü müdafiə etməyə icazə verilmir? Əlbəttə ki, icazə verilir və əlbəttə ki, edirik... Heç bir şey bizə ölkəmizi qorumağa və zalımların yəhudi dövlətini məhv etməsini əngəlləməyimizə mane ola bilməz”.

Netanyahu belə bir qadağanın İsrailə şamil edilə bilməyəcəyini deyib.

“Rafael Qrossi dəyərsiz şərhlər verən dəyərli insandır”, - İsrailin baş naziri bildirib.

Netanyahu sözlərini belə davam etdirib: "Nüvə obyektinə hərbi hücum hansı qanunla qadağandır? Açıq-aşkar məhvimizə çalışan İrana bizi məhv edəcək silahları saxlamağa niyə icazə verilir?"

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR