İnsanlara hürriyət, millətlərə istiqlal!

Təcili: İran Azərbaycanla, Türkiyə Ermənistanla sərhədə 45 minlik ordu yığır - CANLI

Teleqram kanallarında yayılan son xəbərlərə görə, İran Azərbaycan və Ermənistanla sərhəd bölgəsinə böyük miqdarda qoşun hissələrini cəmləşdirir. Oradakı əsgər sayının 45 minə qədər artırılacağı deyilir. Eyni zamanda Türkiyənin də Ermənistanla sərhədə 45 min əsgər yığmaq qərarı haqda məlumatlar yayılıb.

Ermənistanı Avropa Məhkəməsindəki nümayəndəsi Hasmik Samvelyan deyib ki, 10-dan çox erməni hərbçi qarşı tərəfə əsir düşüb.

Azərbaycanla sərhəddə törətdikləri təxribatlara layiqli cavab alan ermənilər ölən hərbçilərini dəfn etmək üçün İrəvanda yerləşən qəbiristanlığın ərazisini genişləndirirlər. Bu barədə sosial şəbəkələrin erməni seqmentində video paylaşılıb.

Görüntülərdən aydın olur ki, ermənilər itkilərinin çoxluğu ilə əlaqədar “Erablur” panteonunda cəsədlərini basdırmağa yer tapmır. Buna görə də, ermənilər qəbiristanlığın ərazisini genişləndirməli olublar.

Xatırladaq ki, Ermənistan tərəfi törətdikləri son təxribatlarda 135-dən çox hərbçilərinin öldüklərini etiraf etmişdilər. Yayılan görüntülərdə genişləndirilən sahəyə nəzər salanda isə haqlı olaraq onların itkilərinin bundan dəfələrlə artıq olduğunu söyləmək olar.

TVMusavat-ın “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmdəki hadisələri qonaqlarla müzakirə edir.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR