Onlayn ictimai-siyasi qəzet
Qazaxıstanın Jambıl vilayətində Müdafiə Nazirliyinə məxsus hərbi helikopter radarlardan itib.
Musavat.com xəbər verir ki, bu barədə "Orda.kz" Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinə istinadla məlumat yayıb.
Məlumatda bildirilir ki, "EC-145 Eurocopter" tipli helikopter iyulun 25-də Jambıl vilayətinin Otar kəndi yaxınlığında radarlardan itib. Helikopterdə üç ekipaj üzvü olub.
Hadisə ilə bağlı dərhal axtarış-xilasetmə tədbirlərinə başlanılıb. Müdafiə Nazirliyi bildirir ki, hadisənin səbəblərini araşdırmaq məqsədilə xüsusi komissiya yaradılıb və komissiya üzvləri hadisə yerinə ezam olunub.
Helikopter 2020–2021-ci illərdə istismara qəbul edilib.
Qeyd edək ki, ötən gün Rusiyada da oxşar hadisə baş verib. "An-24" tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 49 nəfər həyatını itirib.
İqbal RZAYEV,
Musavat.com
26 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ