İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya-Azərbaycan sərhədi yaxınlığındakı dəmir yolu stansiyası 2030-cu ilədək tikiləcək

Rusiya-Azərbaycan sərhədi yaxınlığında "Samur-II" dəmir yolu stansiyasının tikintisinin 2030-cu ilə qədər başa çatdırılması planlaşdırılır.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Dağıstan hökumətinin sədr müavini Rizvan Qazimaqomedov məlumat verib.

"Avtomobil keçid məntəqəsinin yerləşdiyi Azərbaycanla sərhədə yaxın ərazidə "Samur-II" tikiləcək. Onun 2030-cu ilə qədər başa çatdırılması planlaşdırılır. Bu, sərhəd dəmir yolu qovşağı olacaq", - o bildirib.

Qazimaqomedov əlavə edib ki, Dağıstanda Şimali Qafqaz Dəmir Yolu poliqonunun Dərbənd-Samur-Azərbaycanla dövlət sərhədi hissəsinin alternativ cərəyan dartma sisteminə çevrilməsi 2028-ci ildə planlaşdırılır.

"Yarımstansiyalar dəyişdiriləcək, artıq işlər gedir. 2028-ci ildə başa çatdırılacaq”, - Qazimaqomedov bildirib.

“Rusiya Dəmir Yolları” QSC Rusiya-Azərbaycan sərhədi yaxınlığında yeni “Samur-II” dəmir yolu stansiyası tikməyi planlaşdırır. Bu, gələcəkdə “Şimal-Cənub” İTC-nin Rusiya hissəsinin ötürücülük qabiliyyətini ildə 15 milyon tona çatdıracaq. Yeni "Samur-II" stansiyasında zəruri dəmir yolu infrastrukturunun yaradılması üçün maliyyələşdirmənin həcmi 13,7 milyard rubl təşkil edir, tikintinin başa çatdırılması əvvəllər 2027-ci ilə planlaşdırılırdı.

Dərbənd-Samur hissəsinin dəyişən cərəyana keçirilməsi üzrə tikinti işlərinin icrası “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Balacarı-Yalama hissəsində aparılan işlərlə sinxronlaşdırılır. Layihənin maliyyələşdirilməsinin ümumi məbləği 10,4 milyard rubl (131,065 milyon dollar) təşkil edir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Iyul 2025

29 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR