Onlayn ictimai-siyasi qəzet
Amerikalı maliyyəçi Ceffri Epşteynin uşaqlara təcavüzdə ittiham olunan köməkçisi Qisleyn Maksvell Birləşmiş Ştatlar Baş Prokurorunun müavini Todd Blanşa Epşteynlə əlaqəsi olan 100 nəfər haqqında bildiyi bütün məlumatları təqdim edib. Musavat.com New York Post-a istinadən xəbər verir ki, bunu Maksvellin vəkili Devid Markus deyib.
Blanş dünən son bir neçə gündə Maksvellə ikinci dəfə görüşüb. Markusun sözlərinə görə, müştərisinə "yüz müxtəlif insan" haqqında suallar verilib və o, "bu sualların hər birinə" cavab verib. “Nəhayət, Epşteynin başına gələnlərlə bağlı həqiqət üzə çıxacaq”, - vəkil əmindir.
2022-ci ildə Nyu York məhkəməsi Britaniya vətəndaşı olan Maksveli yetkinlik yaşına çatmayanların cinsi istismarına görə 20 il həbs cəzasına məhkum etdi. Prokurorluğun onun işinə baxılarkən bildirdiyi kimi, britaniyalı qadın Epşteynlə yaxın münasibətdə olub. Səlahiyyətlilərə görə, Maksvell sevgilisi üçün gələcək qurbanlar tapıb, onları lazımi insanlara seksual xidmət göstərməyə inandırıb və qızların polisə müraciət etməmələrini təmin edib.
Musavat.com
27 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ