İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Heç vaxt istifadə edilməyən SİLAHLAR işə düşür: hücum DƏHŞƏTLİ olacaq

İran daha güclü döyüş başlıqları və əvvəllər istifadə olunmamış silahlarla İsrailə hücum hazırlayır.

Musavat.com xəbər verir ki, ABŞ-ın “Wall Street Journal” qəzetinə danışan İran və ərəb rəsmiləri bu iddia ilə çıxış ediblər.

Qəzetə danışan Misir rəsmisi İranın bu barədə Qahirəyə özəl olaraq məlumat verdiyini bildirib, İsrailə cavabının “güclü və mürəkkəb” olacağı barədə xəbərdarlıq edib.

Mənbələrin bildirdiyinə görə, İran İsrailin dörd əsgər və bir mülki vətəndaşın həlak olduğu hücumlarına cavabı öhdəlik kimi görür.

WSJ-də yer alan xəbərə görə, bu dəfə İran əvvəlki hücumlarda olduğu kimi raketlər və pilotsuz uçuş aparatları ilə kifayətlənməyəcək və istifadə edilən raketlərin çox güclü döyüş başlıqları olacaq.

Xəbərdə İran ordusunun da əməliyyata qatılacağı və əməliyyatın İnqilab Keşikçiləri Korpusunun (SEPAH) 13-14 aprel və 1 oktyabr tarixlərində həyata keçirdiyi raket hücumlarından fərqli olacağı vurğulanıb. Adı açıqlanmayan mənbələr İranın İsrailin hərbi obyektlərini “keçən dəfəkindən daha aqressiv” hədəf alacağını və bunun üçün İraq ərazisindən istifadə edə biləcəyini irəli sürüb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR