Onlayn ictimai-siyasi qəzet
Gürcüstanın sabiq baş naziri İrakli Qaribaşvili, keçmiş Dövlət Təhlükəsizlik Xidməti rəhbəri Qriqol Liluaşvili, sabiq baş prokuror Otar Partsxaladze və digər səkkiz şəxsin mənzillərində axtarışlar aparılıb.
Musavat.com xəbər verir ki, bu barədə Gürcüstan Baş Prokuroru Giorgi Qvarakidze brifinqdə məlumat verib.
O bildirib ki, axtarış zamanı elektron cihazlar, sənədlər və böyük məbləğdə nağd pul götürülüb.
"Müxtəlif cinayət işləri üzrə aparılan istintaq tədbirləri çərçivəsində Baş Prokurorluğun İstintaq İdarəsi, Korrupsiyaya Qarşı Mübarizə İdarəsi və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən bu gün səhər saat 10:00-dan başlayaraq eyni vaxtda respublika üzrə 22 məntəqədə genişmiqyaslı əməliyyat tədbiri keçirilib", - məlumatda deyilir.
O həmçinin bildirib ki, bu işlər üzrə istintaq, prosesual və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Qeyd edək ki, İrakli Qaribaşvili Gürcüstanın baş naziri vəzifəsində 2013-2015 və 2021-2024-cü illərdə çalışıb. 2024-cü ildə onu İrakli Kobaxidze əvəz edib. Qaribaşvili Kobaxidze yerinə hakim "Gürcü Arzusu – Demokratik Gürcüstan" partiyasına rəhbərlik edib və bu ilin aprel ayında siyasətdən getdiyini açıqlayıb.
Musavat.com
18 Oktyabr 2025
17 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ