İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ: Göyərtəsində 250 sərnişin olan Londona uçan təyyarə YERƏ ÇAXILDI - VİDEO

"Air India" aviaşirkətinə məxsus təyyarə Hindistanın qərbində yerləşən Əhmədabad şəhərinin hava limanı yaxınlığında qəzaya uğrayıb.

Musavat.com xəbər verir ki, bu barədə Hindistanın "News18" telekanalı məlumat yayıb.

Məlumatda bildirilir ki, Londona uçan təyyarədə 250 sərnişin olub. Təyyarə havaya qalxdıqdan qısa müddət sonra Əhmədabad hava limanı yaxınlığında qəzaya uğrayıb.

Hazırda qəza yerindən qatı tüstü qalxır. İlkin məlumatlara əsasən, təyyarə Meqaninaqar rayonunun yaxınlığında yerə çırpılıb.

İqbal RZAYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR